Şriftin ölçüsü :

Saytın rəngi :

20 Yanvar faciəsinin 25-ci ildönümü Göygöl rayonunda qeyd olundu

20 yanvar 2015 | 16:00

Azərbaycanın azadlığı və ərazi bütövlüyü uğrunda mübarizə tarixinə qəhrəmanlıq səhifəsi kimi daxil olmuş 1990-cı ilin 20 Yanvarında ölkəmizə qarşı ərazi iddiaları ilə irəli sürülən Ermənistanın təcavüzkar hərəkətlərindən və keçmiş SSRİ rəhbərliyinin onlara havadarlığından hiddətlənərək, Bakının küçələrinə və meydanlarına çıxaraq buna öz qəti etirazını bildirən geniş xalq kütlələrinə qarşı sovet ordusunun döyüş hissələrinin yeridilməsi Azərbaycanda misli görünməmiş faciəyə gətirib çıxardı. Həmin faciəli günlərdə öz ölkəsinin, xalqının azadlığı, şərəf və ləyaqətini hər şeydən uca tutan mərd vətən övladları canlarından keçərək şəhidlik zirvəsinə ucaldılar.
Göygöl Rayon İcra Hakimiyyətinin Başçısı cənab Arif Seyidov, Rayonun hüquq mühafizə orqanlarının rəhbərləri, idarə, müəssisə və təşkilat rəhbərləri və rayon ictimaiyyəti 20 yanvar faciəsinin iyirmi beşinci ildönümü münasibəti ilə Göygöl rayon “Şəhidlər xiyabanını” ziyarət etdilər. Saat 12.00-da Şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad edildi, Şəhidlərin ruhuna dualar oxundu və qəbirlərinə əklil və gül dəstələri qoyuldu.

Keçidlər