27 sentyabr - Anım günü ilə bağlı Göygöl şəhəri Şəhidlər xiyabanında ümumrayon tədbiri keçirilib.
Erməni hərbi birləşmələrinin Vətənimizə qarşı, 27 sentyabr 2020-ci il tarixdən başlayan növbəti hərbi təcavüzünə cavab olaraq, Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin əmri və rəhbərliyi altında işğal altındakı torpaqlarımızın azad edilməsi uğrunda Şanlı Vətən müharibəsinə başlanmasından bir il ötür.
27 sentyabr - Vətən müharibəsi Şəhidlərimizin Anım günü ilə bağlı Göygöl rayonu Mollacəlilli kəndində Şəhid bulağı, Yeni Qızılca və Üçtəpə kəndlərində abidə kompleksləri açılıb, yukun ümumrayon tədbiri Göygöl şəhəri Şəhidlər xiyabanında keçirilib. Tədbirdə rayon İcra Hakimiyyətinin başçısının səlahiyyətlərənin müvəqqəti icraçısı, başçının birinci müavini Turani Əliyev, hüquq mühafizə orqanlarının, idarə müəssisə və təşkilat rəhbərləri Şəhid ailələri, Qazilər və ictimaiyyət nümayəndələri iştirak ediblər. Əvvəlcə torpaqlarımızın azadlığı uğrunda canından keçən qəhrəman şəhidlərimizin ruhlarına dualar oxunub və igid Şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Tədbirdə çıxış edən natiqlər ölkə rəhbəri Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin əmri və rəhbərliyi altında işğal altında olan torpaqlarımızın azad edilməsi uğurunda qəhrəman şəhidlərin keçdiyi şanlı döyüş yolundan danışıblar və sonda şəhid balaları Şəhidlərə həsr olunmuş şerlər söylədilər. Sonra Şəhid məzarları ziyarət olunaraq üzərilərinə gül dəstələri düzülüb. Eyni zamanda Şəhidlərin anım gününə həsr olunmuş ağac əkmə aksiyası keçirilib və rayon ərazisində 500-dən çox ağac əkilib.