Şriftin ölçüsü :

Saytın rəngi :

Göygöl rayonunda tərəvəz və kartof istehsalı davamlı olaraq genişlənir.

23 sentyabr 2021 | 16:00

Tərəvəzçilik  Göygöl rayonunda kənd təsərrüfatı üzrə əsas ərzaq və gəlir mənbəyindən biridir. Bu sahəyə maraq ildən-ilə artmaqdadır. 2021-ci ildə rayonda 506,0 hektar yazlıq tərəvəz və 471,0 ha sahədə kartof əkilmişdir. Sahələrdən 3468,8 ton tərəvəz yığılıb. Fermer və Ailə kənli təsərrüfatlarında   585,5 ton pomidor, 24,9 ton badımcan, 450,6 ton xiyar,   53,2 ton bibər, 117,1 ton yaşıl lobya,  715,0 ton   sair tərəvəzlər və 1510,6 ton kartof istehsal edilib. Rayon ərazisində  tərəvəz  yığımı  davam edir.
Qeyd edək ki, istehsal olunan və yüksək keyfiyyəti ilə seçilən  tərəvəz əhalinin ərzaq tələbatını ödəməklə yanaşı, Respublikamızın  bazarlarına çıxarılır.

Keçidlər