Şriftin ölçüsü :

Saytın rəngi :

Göygöl rayonunda çağırışçılar mütəşəkkil şəkildə hərbi xidmətə yola salındılar

06 yanvar 2015 | 16:00

Göygöl Rayon İcra Hakimiyyətinin və Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Göygöl rayon şöbəsinin təşkilatçılığı ilə Göygöl rayonu üzrə vətəndaşların Azərbaycan Respublikası Silahlı Qüvvələrinə və Qanunvericilikdə nəzərdə tutulmuş Silahlı Birləşmələrinə, habelə Xüsusi Birləşmələrə Həqiqi Hərbi Xidmətə yola salınma mərasimi keçirildi. İlk növbədə çağırışçılar Ümummilli lider Heydər Əliyevin heykəli önünə gül dəstələri qoyaraq, Göygöl rayon Heydər Əliyev Mərkəzinə ekskursiya etdilər. Sonra isə çağırışçılar tibbi müayinədən  keçirildilər.
Çağırışçıların hərbi xidmətə yola salınma mərasimində Göygöl Rayon İcra Hakimiyyəti Başçısı Aparatının nümayəndələri, rayonun idarə, müəssisə və təşkilatlarının, hüquq-mühafizə orqanlarının rəhbərləri, valideynlər və mətbuat işçiləri iştirak etdilər.
Tədbirdə çıxış edən bütün  natiqlər çağırışçılara öz xoş arzularını çatdırdılar və doğma vətənimizin müdafiəsi kimi bu şərəfli yolda onlara uğurlar dilədilər. Tədbir Göygöl rayon Mədəniyyət Mərkəzinin təşkil etdiyi konsert  proqramı ilə başa çatdı.

Keçidlər