Şriftin ölçüsü :

Saytın rəngi :

Vətən müharibəsi iştirakçıları və şəhid ailələri Göygöl Rayon İcra Hakimiyyəti başçısı Aparatında diqqət və qayğı ilə qəbul edilir

10 sentyabr 2021 | 16:00

Göygöl Rayon İcra Hakimiyyəti başçısı Aparatının Vətən müharibəsi iştirakçıları və şəhid ailələri ilə işin təşkili şöbəsinin böyük məsləhətçisi Sadiq Abbaszadə tərəfindən qazi Məmmədov Ramin Hidayət oğlu xüsusi karantin rejimi qaydalarına riayət olunmaqla qəbul edilmişdir.
Qəbul zamanı qazinin maddi-məişət şəraiti ilə maraqlanılmış, qanunvericilikdə nəzərdə tutulmuş güzəşt və imtiyazları haqqında maarifləndirici söhbət aparılmışdır.
Xatırladaq ki, Məmmədov Ramin Hidayət oğlu 27 sentyabr 1988-ci il tarixdə Qırğızıstan Respublikasının Oş vilayətinin Aravan rayonunda anadan olmuşdur. 1989-cu ildə ailəsi ilə birlikdə Göygöl rayonunun Şəhriyar kəndinə köçmüşdür. 1995-ci ildə Göygöl rayon İ.Məhərrəmov adına Şəhriyar kənd tam orta məktəbinin 1-ci sinfinə getmiş, 2006-cı ildə həmin məktəbin 11-ci sinfini bitirmişdir. 2006-cı ilin oktyabr ayından 2008-ci ilin aprel ayınadək  “N” saylı hərbi hissədə həqiqi hərbi xidmət keçmişdir. 2014-cü ildə “N” saylı hərbi hissədə müddətdən artıq xidmət edən hərbi qulluqçu kimi xidmətə başlamışdır. 2016-cı il Aprel döyüşlərində misilsiz xidmətlər göstərmişdir. 2018-ci ilin aprel ayında müddətdən artıq xidmət edən hərbi qulluqçu kimi xidmətini 5 ay müddətinə dayandırmış. 2018-ci ilin noyabr ayında yenidən ordu sıralarına müddətdən artıq xidmət edən hərbi qulluqçu kimi geri qayıtmışdır.
Qazi Məmmədov Ramin Hidayət oğlu 27 sentyabr 2020-ci ildə 44 günlük 2-ci Vətən müharibəsi başlayan zaman gedən hərbi döyüşlərdə fəal iştirak etmişdir. Füzulinin və Xocavəndin işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarında fəal iştirak etmişdir. 18 oktyabr 2020-ci il tarixdə Xocavənd istiqamətində gedən döyüşlərdə partlayış travması, baş beyinin silkələnməsi və  qapalı kəllə-beyin travması almışdır. III qrup əlildir. Hal-hazırda qazimizin müalicəsi davam edir. Qazimiz Ramin Məmmədov Azərbaycan Respublikası ərazilərinin işğaldan azad olunması zamanı döyüş tapşırıqlarını və xidməti vəzifələrini yerinə yetirərkən fərqlənməsinə görə Azərbaycan Respublikası Prezidenti cənab İlham Əliyevin 18.12.2020-ci il tarixli Sərəncamına əsasən “Hərbi xidmətlərə görə” medalı ilə təltif edilib. Füzuli və Xocavənd rayonlarının işğaldan azad olunması uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Respublikası Prezidenti cənab İlham Əliyevin 29.12.2020-ci il tarixli Sərəncamına əsasən müvafiq olaraq “Füzulinin azad olunmasına görə” və “Xocavəndin azad olunmasına görə” medalları ilə təltif edilmişdir. Ailəlidir, 2 övladı var.

Keçidlər