Vətən müharibəsi iştirakçıları və şəhid ailələri Göygöl Rayon İcra Hakimiyyəti başçısı Aparatında diqqət və qayğı ilə qəbul edilir
Göygöl Rayon İcra Hakimiyyəti başçısı Aparatının Vətən müharibəsi iştirakçıları və şəhid ailələri ilə işin təşkili şöbəsinin böyük məsləhətçisi Sadiq Abbaszadə tərəfindən qazi Budaqov Şirxan Siyavuş oğlu xüsusi karantin rejimi qaydalarına riayət olunmaqla qəbul edilmişdir.
Qəbul zamanı qazinin maddi-məişət şəraiti ilə maraqlanılmış, qanunvericilikdə nəzərdə tutulmuş güzəşt və imtiyazları haqqında maarifləndirici söhbət aparılmışdır. Qazimiz mənzil şəraitinin yaxşılaşdırılması məqsədi ilə müraciət etmiş və toplaması üçün müvafiq sənədlərin siyahısı verilmişdir.
Xatırladaq ki, Budaqov Şirxan Siyavuş oğlu 04 dekabr 1989-cu il tarixdə Göygöl rayonunda anadan olmuşdur. 1996-cı ildə Göygöl rayon Z.Abdullayev adına Bənövşəli kənd tam orta məktəbinin 1-ci sinfinə getmiş, 2007-ci ildə həmin məktəbin 11-ci sinfini bitirmişdir. 2008-2012-ci illərdə Təfəkkür Universitetində ali təhsil almışdır. 2013-cü ilin yanvar ayından 2014-ci ilin yanvar ayınadək “N” saylı hərbi hissədə həqiqi hərbi xidmət keçmişdir. 2016-2017-ci il tarixlərdə Ali Hərbi Məktəbdə hərbi təhsil almışdır. 2017-ci ildə “N” saylı hərbi hissədə xidmətini davam etdirmişdir.
Qazi Budaqov Şirxan Siyavuş oğlu 27 sentyabr 2020-ci ildə 2-ci Vətən müharibəsi başlayan zaman gedən hərbi döyüşlərdə fəal iştirak etmişdir. Füzulinin və Cəbrayılın işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarında fəal iştirak etmişdir. 28 sentyabr 2020-ci il tarixdə Füzuli istiqamətində gedən döyüşlərdə baş beyinin silkələnməsi, barotravma və qapalı kəllə-beyin travması almışdır. III qrup əlildir. Hal-hazırda qazimizin müalicəsi davam edir. Qazimiz Şirxan Budaqov Azərbaycan ərazilərinin işğaldan azad olunması zamanı döyüş tapşırıqlarını uğurla yetirdiyinə, düşmənin əsas qruplaşmalarının məhv edilməsi ilə qoşunların döyüş qabiliyyətinin qorunub saxlanılmasında fərqləndiyinə görə Azərbaycan Respublikası Prezidenti cənab İlham Əliyevin 18.12.2020-ci il tarixli Sərəncamına əsasən “Cəsur döyüşçü” medalı ilə təltif edilib. Füzuli və Cəbrayıl rayonlarının işğaldan azad olunması uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Respublikası Prezidenti cənab İlham Əliyevin 29.12.2020-ci il tarixli Sərəncamına əsasən müvafiq olaraq “Füzulinin azad olunmasına görə” və “Cəbrayılın azad olunmasına görə” medalları ilə təltif edilmişdir. Ailəlidir 1 övladı var.