Şriftin ölçüsü :

Saytın rəngi :

Vətən müharibəsi iştirakçıları və şəhid ailələri Göygöl Rayon İcra Hakimiyyəti başçısı Aparatında diqqət və qayğı ilə qəbul edilir

08 sentyabr 2021 | 16:00

Göygöl Rayon İcra Hakimiyyəti başçısı Aparatının Vətən müharibəsi iştirakçıları və şəhid ailələri ilə işin təşkili şöbəsinin böyük məsləhətçisi Sadiq Abbaszadə tərəfindən qazi  Məmmədov Mirzə Tarix oğlu xüsusi karantin rejimi qaydalarına riayət olunmaqla qəbul edilmişdir.
Qəbul zamanı qazinin maddi-məişət şəraiti ilə maraqlanılmış, əlillik almasını təsdiq edən Tibbi-Sosial Ekspert Komissiyasının sonuncu müayinəyə dair sənədi ona  təqdim olunmuş, sığorta ödənişini almasına köməklik olunmuş və qanunvericilikdə nəzərdə tutulmuş güzəşt və imtiyazları haqqında maarifləndirici söhbət aparılmışdır. Qazimiz mənzil şəraitinin yaxşılaşdırılması məqsədi ilə müraciət etmiş və toplaması üçün müvafiq sənədlərin siyahısı verilmişdir.               .
Xatırladaq ki, Məmmədov Mirzə Tarix oğlu 19 noyabr 1995-ci il tarixdə Göygöl rayonunun Topalhəsənli kəndində anadan olmuşdur. 2002-ci ildə Göygöl rayon E.Bayramov adına Topalhəsənli kənd tam orta məktəbinin 1-ci sinfinə getmiş, 2013-cü ildə həmin məktəbin 11-ci sinfini bitirmişdir. 2014-cü ilin yanvar ayından 2015-ci ilin iyul ayınadək  “N” saylı hərbi hissədə həqiqi hərbi xidmət keçmişdir. 2017-ci ildə “N” saylı hərbi hissədə müddətdən artıq xidmət edən hərbi qulluqçu kimi xidmətə başlamışdır.
Qazi Məmmədov Mirzə Tarix oğlu 27 sentyabr 2020-ci ildə 2-ci Vətən müharibəsi başlayan zaman gedən hərbi döyüşlərdə fəal iştirak etmişdir. Kəlbəcərin və Şuşanın işğaldan azad edilməsi  uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidlik və şücaət göstərmişdir. 04 noyabr 2020-ci il tarixdə Şuşa istiqamətində gedən döyüşlərdə qapalı kəllə-beyin travması, baş beyinin silkələnməsi və dəlib keçən güllə yarası almışdır. III qrup əlildir. Hal-hazırda qazimizin müalicəsi davam edir. Qazimiz Mirzə Məmmədov Ölkə Prezidentinin Sərəncamı ilə “Hərbi xidmətlərə görə” , “Kəlbəcərin azad olunmasına görə” və “Şuşanın azad olunmasına görə” medalı ilə təltif edilib. Subaydır.

Keçidlər