Şriftin ölçüsü :

Saytın rəngi :

2020-2021-ci tədris ilində yüksək bal toplamış tələbələrlə görüş keçirilib.

07 sentyabr 2021 | 16:00

2020-2021-ci tədris ilində ali məktəbə qəbul olmaq üçün imtahanlarda iştirak edərək yüksək bal toplamış abituriyentlərlə Göygöl rayon İHB-nın səlahiyyətlərinin müvəqqəti icraçısı, başçının birinci müavini Turani Əliyev görüş keçirib. Tədbir pandemiya qaydalarına uyğun açıq səma altında baş tutub.
Görüşdə rayon rəhbəri uğur qazanmış gəncləri, təhsil ictimaiyyətini və valideynləri təbrik edib, onlara doğma vətənimizin daha da qüdrətlənməsi yolunda möhkəm iradə və gələcəkdə yüksək nailiyyətlər arzulayıb. O bildirib ki, təhsil hər bir ölkənin və rayonun sosial iqtisadi inkişafında əsas yer tutur. Ulu öndər Heydər Əliyevin dediyi kimi “Təhsil millətin gələcəyidir”. Bu gün Prezidentimiz cənab İlham Əliyev və birinci xanım  Mehriban Əliyevanın diqqət və qayğısı nəticəsində təhsilimiz uğurla inkişaf edir.
Tələbə adını qazanmış şəxslər onlara yaradılan şəraitə, göstərilən diqqət və qayğıya görə ölkə rəhbərinə və rayon icra hakimiyyətinə minnətdarlıqlarını bildiriblər. Sonda tələbə gənclərə  hidiyyələr təqdim edilib və  xatirə  şəkilləri çəkdirilib.

Keçidlər