Şriftin ölçüsü :

Saytın rəngi :

Vətən müharibəsi iştirakçıları və şəhid ailələri Göygöl Rayon İcra Hakimiyyəti başçısı Aparatında diqqət və qayğı ilə qəbul edilir

02 sentyabr 2021 | 16:00

Göygöl Rayon İcra Hakimiyyəti başçısı Aparatının Vətən müharibəsi iştirakçıları və şəhid ailələri ilə işin təşkili şöbəsinin müdiri Sərdar Balayev tərəfindən Şəhid Cəfərov Surxay Cümşüd oğlunun anası Cəfərova Gülara İmran qızı və qardaşı  Cəfərov Füzuli Cümşüd oğlu xüsusi karantin rejimi qaydalarına riayət olunmaqla qəbul edilmişdir.
Qəbul zamanı şəhid ailəsinin maddi-məişət şəraiti ilə maraqlanılmış və qanunvericilikdə nəzərdə tutulmuş güzəşt və imtiyazları haqqında maarifləndirici söhbət aparılmışdır. Mənzil şəraitinin yaxşılaşdırılması məqsədi ilə etdiyi müraciətin müsbət həlli olaraq gələcəkdə mənzillə təmin olunması üçün mənzil növbəsinə alınması haqda Göygöl Rayon İcra Hakimiyyəti başçısının müvafiq  Sərəncamı  ona təqdim edilmişdir.
Xatırladaq ki, Şəhid  Cəfərov Surxay Cümşüd oğlu 19 fevral 1986-cı ildə Göygöl rayonunun Danayeri kəndində anadan olmuşdur. 1992-ci ildə Göygöl rayon Danayeri kənd ümumi orta məktəbin 1-ci sinfinə getmişdir. 2001-ci ildə həmin məktəbin 9-cu sinfini bitirmişdir. 2004-cü ildən 2005-ci ilədək  “N” saylı hərbi hissədə həqiqi hərbi xidmət keçmişdir.
27 sentyabr 2020-ci ildə 2-ci Vətən müharibəsi başlayan zaman hərbi döyüşlərdə iştirak etmişdir. Surxay Cəfərov 8 noyabr 2020-ci il tarixdə Xankəndi istiqamətində gedən döyüşlərdə şəhid olmuşdur.  Ölkə Prezidentinin Sərəncamı ilə ölümündən sonra “Vətən uğrunda”, “Cəsur döyüşçü” və “Şuşanın azad olunmasına görə” medalı ilə təltif edilib. Subaydır.

Keçidlər