Vətən müharibəsi şəhidlərinin xatirəsinə həsr edilmiş Kikboksinq idman növü üzrə Açıq rayon birinciliyi keçirilib.
28-29 avqust 2021-ci il tarixlərdə Göygöl şəhəri Mədəniyyət və istirahət parkında yerləşən Yaşıl kinoteatrda Vətən müharibəsi şəhidlərinin xatirəsinə həsr edilmiş Kikboksinq idman növü üzrə Açıq rayon birinciliyi keçirilib.
Birincilikdə Goranboy, Samux və Ağcabədi rayonlarının, Mingəçevir şəhərinin Kolizey klubunun, Kərbalaye Elnur klubunun, Bakının "Neftci" klubunun, Sumqayıt şəhərinin "Leqioner" klubunun, Kəlbəcər rayonunun "Niko Fayt" klubunun, "Lokomativ" klubunun, Göygöl rayonunun "İravan" Klubunun, Göycay və Tərtər rayonlarının "P.P. Fayt" klubunun, "Sensey Göygöl" klubunun, Naftalan şəhərinin, Ağstafa rayonunun idmançıları - cəmi 380 nəfər idmançı mübarizə aparıb.
Yarışda I yerə Sensey Göygöl klubu, II yerə Samux komandası və III yerə isə Ağcabədi komandası layiq görülüb. Qaliblər Göygöl rayon Gənclər və İdman İdarəsinin və “Sensey” Göygöl İdman klubunun diplom və medalları ilə təltif edilib.