Şriftin ölçüsü :

Saytın rəngi :

Vətən müharibəsi iştirakçıları və şəhid ailələri Göygöl Rayon İcra Hakimiyyəti başçısı Aparatında diqqət və qayğı ilə qəbul edilir

26 avqust 2021 | 16:00

Göygöl Rayon İcra Hakimiyyəti başçısı Aparatının Vətən müharibəsi iştirakçıları və şəhid ailələri ilə işin təşkili şöbəsinin böyük məsləhətçisi Sadiq Abbaszadə tərəfindən qazi  Alıyev Samir Valəddin oğlu xüsusi karantin rejimi qaydalarına riayət olunmaqla qəbul edilmişdir.
Alıyev Samir Valəddin oğlu 22 iyun 1993-cü il tarixdə Göygöl rayonunun Qırıqlı kəndində anadan olmuşdur. 2000-ci ildə Göygöl rayon Ramiz Əsgərov adına Qırıqlı kənd tam orta məktəbinin 1-ci sinfinə getmiş, 2011-ci ildə həmin məktəbin 11-ci sinfini bitirmişdir. 2011-cı ilin iyul ayından 2013-cü ilin yanvar ayınadək  “N” saylı hərbi hissədə həqiqi hərbi xidmət keçmişdir.
           21 sentyabr 2020-ci ildə könüllü olaraq hərbi təlimlərdə və 27 sentyabr 2020-ci ildə 2-ci Vətən müharibəsi başlayan zaman hərbi döyüşlərdə iştirak etmişdir. 26 oktyabr 2020-ci il tarixdə Füzuli istiqamətində gedən döyüşlərdə partlayış travması, döş qəfəsinin zədələnməsi, sağ bazunun arxa səthinin bazu sümüyünün sınığı və hər iki aşağı ətrafın kor qəlpə yarası almışdır. II qrup əlildir. Hal-hazırda qazimizin müalicəsi davam edir. Qazimiz Samir Alıyev Ölkə Prezidentinin Sərəncamı ilə “Hərbi xidmətlərə görə” və “Füzulinin azad olunmasına görə” medalı ilə təltif edilib. Ailəlidir, 2 övladı var.

Keçidlər