Göygöl Gənclər Evi SXM-nin təşkilatçılığı ilə Göygöl şəhər 202 illiyi və Göygöl 2021 Gənclər Paytaxtı seçilməsi münasibəti ilə ilə tədbir keçirilmişdir
Göygöl Gənclər Evi SXM-nin Direktoru Şəhriyar İsmayılzadə, Göygöl rayonunun millət vəkili Elşad Mirbəşir oğlu, Göygöl Rayon İcra Hakimiyyəti Başçısının İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdir muavini Babək Rəsulov, Göygöl Rayon Gənclər və İdman İdarəsinin rəisi Zaur Abbasov, ŞRMİ-nin Göygöl rayon üzrə nümayəndəsi Pərviz Hümbətov, Göygöl rayonu Elzam Bayramov adına Topalhəsənli kənd tam orta məktəbi Direktoru Yeganə İsgəndərova, Göygöl şəhər İ.Hüseynov adına 1 nömrəli tam orta məktəbinin tarix və Gəncə Dövlət Universitetinin ümumi tarix kafedrasının müəllimi Elnur Hacıyev, Qarabağ Əlillərinə Qayğı İctimai Birliyinin sədri Araz Abbasov çıxış ettilər. Həmçinin Göygöl Rayon Heydər Əliyev mərkəzinin direktoru Araz Mehdiyev, Göygöl rayon Texniki,Təbiət Fənləri Təmayüllü Lisey direktoru Zəhra Zeynalova, Qarabağ müharibəsi qaziləri və iştirakçıları, rayon sakinləri və könüllülər iştirak etmişdir. Tədbir Göygöl Gənclər Evi SXM-nin Musiqi və Çalğı dərnəyinin təşkil etdiyi konsert proqramı ilə yekunlaşmıştır. Tədbir açıq havada xüsusi karantin rejimi qaydalarına uyğun olaraq baş tutmuşdur.