Vətən müharibəsi iştirakçıları və şəhid ailələri Göygöl Rayon İcra Hakimiyyəti başçısı Aparatında diqqət və qayğı ilə qəbul edilir
Göygöl Rayon İcra Hakimiyyəti başçısı Aparatının Vətən müharibəsi iştirakçıları və şəhid ailələri ilə işin təşkili şöbəsinin böyük məsləhətçisi Sadiq Abbaszadə tərəfindən qazi Şəbəndəyev İlkin Rəhman oğlu xüsusi karantin rejimi qaydalarına riayət olunmaqla qəbul edilmişdir.
Şəbəndəyev İlkin Rəhman oğlu 29 sentyabr 1996-cı il tarixdə Göygöl şəhərində anadan olmuşdur. 2003-cü ildə Göygöl şəhər 4 saylı tam orta məktəbinin 1-ci sinfinə getmiş, 2012-ci ildə həmin məktəbin 9-cu sinfini bitirmişdir. 2012-2014-cü illərdə Göygöl Peşə Məktəbində elektrik ixtisası üzrə təhsil almışdır. 2014-cü ilin oktyabr ayından 2016-cı ilin aprel ayınadək “N” saylı hərbi hissədə həqiqi hərbi xidmət keçmişdir.
21 sentyabr 2020-ci ildə könüllü olaraq hərbi təlimlərdə və 27 sentyabr 2020-ci ildə 44 günlük 2-ci Vətən müharibəsi başlayan zaman hərbi döyüşlərdə iştirak etmişdir. 16 oktyabr 2020-ci il tarixdə Füzuli istiqamətində gedən döyüşlərdə partlayış travması, Sağ göz almasının, sol gözün küt travması, buynuz qişanın termiki yanığı və bud sümüyünün sınığı yarası almışdır. Hal-hazırda qazimizin müalicəsi davam edir. Qazimiz İlkin Şəbəndəyev ölkə Prezidentinin Sərəncamı ilə “Hərbi xidmətlərə görə” və “Füzulinin azad olunmasına görə” medalı ilə təltif edilib. Subaydır.