Göygöldə dezinfeksiya tədbirləri davam etdirilir.
Koronavirusun yayılmasının qarşısının alınması məqsədilə Göygöl rayonunda qabaqlayıcı tədbirlər davam etdirilir. Ümumdünya Səhiyyə Təşkilatı Tərəfindən qlobal pandemiya hesab olunan koronavirus (COVID-19) infeksiyasının rayon ərazisində yayılmasının qarşısının alınması məqsədilə Göygöl rayonunda təxirəsalınmaz tədbirlər aparılır.
Belə ki, rayon ərazisində yerləşən idarə, müəssisə, təşkilat və uşaq bağçalarında, mədəniyyət obyektlərində, rayon ərazisindəki istirahət parklarında, ticarət obyektlərində, dayanacaqlarda dezinfeksiya işləri aparılıb və bu proses gündəlik davam etdirilir.
Paralel olaraq, görülən tədbirlər çərçivəsində, rayon ərazisində xəstəliyə yoluxma hallarına yol verilməməsi və onun qarşısının alınması məqsədilə əhali arasında mobil qruplar tərəfindən təbliğat və maarifləndirmə işləri də mütəmadi olaraq aparılır, Nazirlər Kabineti yanındakı operativ qərargah tərəfindən verilən tövsiyələr barədə vətəndaşlar məlumatlandırılır və müvafiq izahatlar verilir.