Vətən müharibəsi qaziləri və şəhid ailələri Göygöl Rayon İcra Hakimiyyəti başçısı Aparatında diqqət və qayğı ilə qəbul edilir
Göygöl Rayon İcra Hakimiyyəti başçısı Aparatının Vətən müharibəsi iştirakçıları və şəhid ailələri ilə işin təşkili şöbəsinin böyük məsləhətçisi Sadiq Abbaszadə tərəfindən qazi Muxtarov Elvin Daşqın oğlu xüsusi karantin rejimi qaydalarına riayət olunmaqla qəbul edilmişdir.
Muxtarov Elvin Daşqın oğlu 17 sentyabr 1999-cu il tarixdə Göygöl rayonunun Xəqani kəndində anadan olmuşdur. 2006-cı ildə Göygöl rayon Nadil kənd tam orta məktəbinin 1-ci sinfinə getmiş, 2017-ci ildə həmin məktəbin 11-ci sinfini bitirmişdir. 2017-cı ilin oktyabr ayından 2019-cu ilin aprel ayınadək “N” saylı hərbi hissədə həqiqi hərbi xidmət keçmişdir.
21 sentyabr 2020-ci ildə könüllü olaraq hərbi təlimlərdə və 27 sentyabr 2020-ci ildə 2-ci Qarabağ müharibəsi başlayan zaman hərbi döyüşlərdə iştirak etmişdir. 29 sentyabr 2020-ci il tarixdə Tərtər istiqamətində gedən döyüşlərdə Odlu silah yaralanması və Sol dirsək sümüyünün distal başının açıq yerdəyişmiş sınığı və sümük defekti və dirsək sinirinin tam zədələnməsi ilə müşayət olunan bilək nahiyəsini dəlib-keçən güllə yarası almışdır. Hal-hazırda qazimizin müalicəsi davam edir. Qazimiz Elvin Muxtarov Ölkə Prezidentinin Sərəncamı ilə “Hərbi xidmətlərə görə” və “Suqovuşanın azad olunmasına görə” medalı ilə təltif edilib. Subaydır.