Şriftin ölçüsü :

Saytın rəngi :

Göygöl rayonunda “Narkotik vasitələrin, sui-istifadəsi və qanunsuz dövriyyəsi ilə Beynəlxalq Mübarizə Günü” münasibəti ilə videokonfrans formatda tədbir keçirilib.

25 iyun 2021 | 16:00

26 iyun BMT-nin 1987-ci il Konvensiyasına daxil olan ölkələrin “Narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz dövriyyəsinə qarşı mübarizə haqqında” Bəyannaməsinə əsasən, “Narkomaniya və narkotiklərin qeyri-qanuni dövriyyəsinə qarşı Ümumdünya mübarizə günü” kimi qeyd olunur.
Azərbaycan Respublikası Prezidentinin 2019-cu il 22 iyul tarixli, 1334 nömrəli Sərəncamı ilə təsdiq edilmiş “Narkotik vasitələrin, psixotrop  maddələrin və onların prekursorlarının qanunsuz dövriyyəsinə və narkomanlığa qarşı mübarizəyə dair 2019-2024-cü illər üçün Dövlət Proqramı”nın  tələblərindən irəli gələn vəzifələrin yerinə yetirilməsi istiqamətində narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz dövriyyəsi, narkotik xassəli bitkilərin qanunsuz əkilib becərilməsi və yabanı halda bitənlərin aşkarlanaraq məhv edilməsi məqsədilə Göygöl rayonunda hər il mütəmadi olaraq silsilə tədbirlər həyata keçirilir.
Həmin tədbirlərin davamı olaraq 25 iyun 2021-ci il tarixdə “Narkotik vasitələrin, sui-istifadəsi və qanunsuz dövriyyəsi ilə Beynəlxalq Mübarizə Günü” münasibəti ilə videokonfrans formatda tədbir keçirilib. Göygöl Rayon İcra Hakimiyyəti başçısı Aparatı yanında fəaliyyət göstərən Narkomanlığa və narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı mübarizə üzrə komissiya tərəfindən təşkil olunmuş maarifləndirici videokonfransda komissiya üzvləri, icra nümayəndələri, hüquq-mühafizə orqanlarının rəhbərləri iştirak ediblər.
Göygöl Rayon İcra Hakimiyyəti başçısının səlahiyyətlərinin müvəqqəti icraçısı, başçının birinci müavini, Göygöl Rayon İcra Hakimiyyəti başçısı Aparatı yanında fəaliyyət göstərən Narkomalığa və Narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı Mübarizə üzrə Komissiyanın sədri Turani Əliyev videokonfransı giriş sözü ilə açaraq 26 İyun - Narkomaniya və Narkobiznesə qarşı Beynəlxalq Mübarizə Gününə dair hər il təşkil olunan silsilə tədbirlərin pandemiya ilə əlaqədar olaraq onlayn şəkildə keçirildiyini bildirib.
Komissiyanın narkomanlığın yayılmasının, narkotik vasitələrin, psixotrop maddələrin və onların prekusorlarının qanunsuz dövriyyəsinin qarşısının alınması, eləcə də narkotik xassəli bitkilərin əkilib-becərilməsinin, bu növ bitkilərin yabanı şəkildə bitənlərinin aşkar olunub məhv  edilməsi, narkomanlığa düçar olunmuş şəxslərin müəyyən edilib qeydə alınması, onların barəsində müvafiq müalicəvi və profilaktika işlərinin yerinə yetirilməsi, narkomaniyanın insan orqanizminə ziyanı, cəmiyyətdə yaratdığı fəsadlar haqqında geniş izahat və təbliğat işlərinin aparılması  sahəsində əlavə tədbirlər həyata  keçirilməsi və bu istiqamətdə işlərin davam etdirilməsini qeyd edən T.Əliyev cəmiyyətin inkişafını ləngidən, insanların sağlamlığına və mənəviyyatına sarsıdıcı zərbə vuran narkomaniyaya qarşı mübarizənin gücləndirilməsi məqsədilə ölkəmizdə, o cümlədən Göygöl rayonunda kompleks tədbirlərin mütəmadi olaraq həyata keçirildiyini və təbliğat işlərinin genişləndirildiyini bildirib.
Daha sonra videokonfranda Komissiyanın müavini Göygöl rayon Polis Şöbəsinin rəisi Müqalib Abdıyev, Komissiya üzvləri, “Göygöl rayon Mərkəzi Xəstəxanası” publik hüquqi şəxsin direktoru Vasif Əliyev, Göygöl rayon Gənclər və İdman İdarəsinin rəisi Zaur Abbasov çıxış etmiş, yeniyetmə və gənclərinin narkomaniyaya qurşanması onların təhsildən yayınmasına, ictimai həyatdan uzaqlaşmasına, şəxsiyyətin məhv olmasına və sosial tarazlığının pozulmasına, ətrafdakı insanlara daha çox cinayətkar simasının aşılanmasına, ən əsası da sağlamlıqlarının zərbə altında qalmasına səbəb olan narkomaniya ilə birgə mübarizə aparmağa çağırmışlar. 

 

 

Keçidlər