26 iyun Azərbaycan Respublikası Silahlı Qüvvələri günü münasibətilə "Müzəffər Ordu" adlı tədbir keçirilib.
26 iyun Azərbaycan Respublikası Silahlı Qüvvələri günü münasibətilə Göygöl Gənclər Evinin və Qarabağ Əlillərinə Qayğı İctimai Birliyinin birgə təşkilatçılığı ilə "Müzəffər Ordu" adlı tədbir baş tutub.
Tədbirdə Göygöl rayonunun millət vəkili Elşad Mirbəşiroğlu, 1 ci və 2-ci Qarabağ müharibə iştirakçıları və Göygöl Gənclər Evinin kollektivi və könüllülərinin iştirakı ilə xüsusi karantin rejimi qaydalarına uyğun olaraq iştirak ediblər.
Tədbir Göygöl rayon Şəhidlər Xiyabanının ziyarətilə başlamış və daha sonra Ümummilli Lider Heydər Əliyevin abidəsi ziyarət olunaraq, əziz xatirəsi ehtiramla yad edilib. Tədbir zamanı Millət vəkili Elşad Mirbəşiroğlu Azərbaycan Respublikası Silahlı Qüvvələrin yaranma tarixi və 1 ci və 2 ci Qarabağ müharibəsi haqqında geniş məlumat verib. Daha sonra Göygöl Gənclər Evinin direktoru Şəhriyar İsmayılzadə Azərbaycan Respublikasının gənclər siyasəti və gənclərin vətənpərvər ruhda böyüdülməsi haqqında çıxış edib. Müharibə iştirakçıları keçdikləri döyüş yolları haqda danışdılar. Sonda isə Vətən müharibəsi iştrakçıları Göygöl Gənclər Evinin Təşəkkürnaməsi ilə təltif edilərək xatirə şəkili çəkdirblər.