Şriftin ölçüsü :

Saytın rəngi :

Göygöl rayonunda “23 iyun – Dövlət Qulluqçularının peşə bayramı günü” qeyd olunub.

23 iyun 2021 | 16:00

Göygöl rayonunda 23 iyun – Dövlət Qulluqçularının peşə bayramı günü münasibəti ilə tədbir keçirilib. Tədbir iştirakçıları ilk öncə Ümummilli lider Heydər Əliyevin heykəli önünə gül dəstələri qoyaraq, ona hörmət və ehtiramlarını ifadə ediblər.
       Sonra tədbir İcra Hakimiyyətinin  akt zalında davam etdirilib. Tədbiri giriş sözü ilə açan Göygöl Rayon İcra Hakimiyyətinin başçısının səlahiyyətlərinin müvəqqəti icraçısı, başçının birinci müavini Turani Əliyev dövlət qulluqçularını peşə bayramı günü münasibəti ilə təbrik edərək qeyd edib ki, Azərbaycan Respublikasında demokratik, hüquqi və dünyəvi dövlət qurulması prosesində dövlət qulluğunun rolunu və Birləşmiş Millətlər Təşkilatının Baş Assambleyası tərəfindən iyunun 23-ü Birləşmiş Millətlər Təşkilatının Dövlət Qulluğu Günü elan edildiyini nəzərə alaraq Respublikamızın Prezidenti cənab İlham Əliyevin 25 may 2006-cı il tarixli sərəncamı ilə 23 İyun Azərbaycan Respublikasının dövlət qulluqçularının peşə bayramı günü elan olunub.
Azərbaycan xalqının ümummilli lideri, ulu öndər Heydər Əliyevin hakimiyyətə qayıdışından sonrakı illər ərzində, xüsusən ölkənin yeni Konstitusiyasının qəbul edildiyi 1995-ci ildən  sonrakı müddətdə dövlət idarəçiliyinin və dövlət qulluğunun təkmilləşməsi ilə bağlı ardıcıl surətdə silsilə xarakterli islahatlar həyata keçirilmiş, inzibati sistemin tənzimlənməsinə dair xeyli sayda müvafiq qanun və fərmanlar qəbul edilmiş, dünya təcrübəsindəki müasir inkişaf tendensiyalarının nəzərə alınması ilə ölkədə dövlət qulluğunun möhkəm normativ hüquqi bazası yaradılmışdır.
Tədbirin sonunda dövlətçilik prinsiplərinə sadiq qaldıqlarına görə bir qrup dövlət qulluqçusuna Göygöl Rayon İcra Hakimiyyəti Başçısının  fəxri fərmanı təqdim olunub.

Keçidlər