Əsaslı təmir olunmuş uşaq bağçası istifadəyə verildi
Göygöl rayon Xaqani kəndində əsaslı təmir olunmuş uşaq bağçasının açılış mərasimi 18 oktyabr Azərbaycan Respublikasının Dövlət Müstəqilliyi Gününə təsadüf etdi.
Açılışda Göygöl Rayon İcra Hakimiyyətinin başçısı cənab Arif Seyidov, rayonun hüquq-mühafizə orqanlarının rəhbərləri, təhsil işçiləri, kənd sakinləri və mətbuat işçiləri iştirak etdilər.
Göygöl Rayon İcra Hakimiyyətinin başçısı cənab Arif Seyidov tədbirdə çıxış edərək bütün tədbir iştirakçılarını 18 oktyabr Azərbaycan Respublikasının Dövlət Müstəqilliyi Günü münasibəti ilə təbrik etdi və Respublikamızda, o cümlədən Göygöl rayonunda aparılan quruculuq və abadlıq işləri barədə geniş məlumat verdi. Bütün bu işlərin Möhtərəm Prezidentimiz cənab İlham Əlievin sayəsində həyata keçirildiyini qeyd etdi. Eyni zamanda Xaqani kənd uşaq bağçasının əsaslı təmirində əməyi olan bütün insanlara öz təşəkkürünü bildirdi.
Tədbirdə çıxış edən digər natiqlər də Ölkəmizdə və rayonumuzda görülmüş işlərlə əlaqədar Möhtərəm Prezidentimiz cənab İlham Əliyevə öz dərin minnətdarlıqlarını bildirdilər.
Sonda uşaq bağçasına baxış keçirildi.