Şriftin ölçüsü :

Saytın rəngi :

Vətən müharibəsi qaziləri və şəhid ailələri Göygöl Rayon İcra Hakimiyyəti başçısı Aparatında diqqət və qayğı ilə qəbul edilir

01 iyun 2021 | 16:00

Göygöl Rayon İcra Hakimiyyəti başçısı Aparatının Vətən müharibəsi iştirakçıları və şəhid ailələri ilə işin təşkili şöbəsinin müdiri  Sərdar Balayev tərəfindən  şəhid  Məmmədov Samir Ramiz oğlunun ailə üzvləri xüsusi karantin rejimi qaydalarına riayət olunmaqla qəbul edilmişdir.
Şəhid ailəsinin müraciəti diqqətlə dinlənilib. Şəhid ailəsi onlara daim diqqət və qayğı ilə yanaşan ölkə başçısına minnətdarlıq edib, bir sıra məsələlərin həlli ilə bağlı arzu və təkliflərini bildiriblər.
Şəhid Məmmədov Samir Ramiz oğlu 10 fevral 1986-cı ildə Ermənistan Respublikasının Vardenis rayonunun  Zod kəndində anadan olmuşdur. 1989-cu ildə ailəsi ilə birlikdə Göygöl rayonunun Zurnabad kəndinə köçmüşdür.
         2004-cü ilin aprel ayından  2005-ci ilin oktyabr ayınadək  “N” saylı hərbi hissədə həqiqi hərbi xidmət keçmiş Samir Məmmədov  2012-ci ildə “N” saylı hərbi hissədə müddətdən artıq xidmət edən hərbi qulluqçu kimi xidmətə başlamışdır.
            27 sentyabr 2020-ci ildə 2-ci Qarabağ müharibəsi başlayan zaman hərbi döyüşlərdə iştirak etmişdir. Samir Məmmədov 12 oktyabr 2020-ci il tarixdə Beyləqan rayonu  istiqamətində gedən döyüşlərdə şəhid olmuşdur. Ölkə Prezidentinin Sərəncamı ilə ölümündən sonra Vətən uğrunda medalı ilə təltif edilib. Şəhidin xatirəsinin əbədiləşdirilməsi üçün Göygöl şəhərində adına küçə verilmişdir.  Ailəlidir, 2 övladı var.

Keçidlər