15 May Beynəlxalq Ailə Günü BMT-nin Baş Assambleyasının qətnaməsinə müvafiq olaraq dünyada 1994-cü ildən qeyd olunur.
Bu gün münasibətiylə TTFT liseydə Göygöl rayon İcra Hakimiyyəti başçısı Aparatı yanında fəaliyyət göstərən "Yetkinlik Yaşına Çatmayanların" işləri və hüquqlarının müdafiəsi üzrə Komissiyanın məsul katibi İbrahimova Vəfa Valeriy qızı və TTFT liseyin valideyn, şagird kontingentinin iştirakı ilə "Valideyn-uşaq münasibətlərinin tənzimlənməsi" mövzusunda onlayn tədbir keçirildi.Valideynlərdən İftixar Hüseynov və hal hazırda Polşada magistr təhsili alan məzunumuz Tamara Hüseynlinin uğurlu valideyn-övlad münasibətlərinin qurulma yolları haqqında maarifləndirici çıxışları dinlənildi.
Qonağımız Vəfa xanım milli-mənəvi dəyərlərin qorunaraq gələcək nəsillərə ötürülməsi, valideyn məsuliyyəti, ailədə asayişin qorunması, uşaqların vətənpərvər, böyüklərə hörmət, kiçiklərə qayğı ruhunda tərbiyə olunması mövzularında dəyərli fikirlər söylədi.