Şriftin ölçüsü :

Saytın rəngi :

YAP Göygöl rayon təşkilatı Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 98-ci ildönümünə həsr edilmiş tədbir keçirib

07 may 2021 | 16:00

7 may 2021-ci il tarixində Yeni Azərbaycan Partiyası (YAP) Göygöl rayon təşkilatının İdarə Heyətinin üzvləri, təşkilatın aparat işçiləri, ilk partiya təşkilat sədrləri və fəal gənclərin iştirakı ilə Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 98-ci ildönümünə həsr edilmiş "Ulu Öndər Heydər Əliyevin müəyyənləşdirdiyi siyasi kurs gələcəyimizin, inkişafımızın və tərəqqimizin qarantıdır" mövzusunda  videokonfrans formatında tədbir keçirilib.

Tədbirdə giriş nitqi ilə çıxış edən YAP Göygöl rayon təşkilatının sədri Turani Əliyev qeyd edib ki, hər il olduğu kimi, bu il də bütün dünya azərbaycanlıları tərəfindən Ümummilli Lider Heydər Əliyevin anadan olmasının növbəti ildönümü böyük ehtiramla qeyd edilir: “Güclü, qətiyyətli, vətənpərvər və müdrik liderə malik olmayan xalq, hətta real imkanlar daxilində belə öz müstəqilliyinə qovuşa bilməz. Düz 98 il bundan öncə Uca Tanrı Azərbaycan xalqının əsrlər boyu bəslədiyi azadlıq, müstəqillik və milli dövlətçilik kimi ali məqsədlərini gerçəkləşdirən Ümummilli LiderHeydər Əliyevi xalqımıza bəxş etdi”.

YAP Göygöl rayon təşkilatının İdarə Heyətinin üzvü Nuranə Quliyeva bildirib  ki, çoxəsrlik dövlətçilik tariximizin son əlli ildən artıq dövrü görkəmli dövlət xadimi, Ulu Öndər Heydər Əliyevin adı ilə bağlıdır: “Azərbaycan xalqının Ümummilli LideriHeydər Əliyev ölkədə ikinci dəfə siyasi hakimiyyətə gəldiyi ilk gündən böyük çətinliklərə baxmayaraq, respublikada ictimai-siyasi sabitliyi bərqərar etdi, cəmiyyətin demokratikləşməsi, dünyəvi dövlət quruculuğu istiqamətində ardıcıl işlər həyata keçirdi. Azərbaycanın siyasi tarixində dövlət müstəqilliyinin qorunub saxlanılmasında dünyanın nüfuzlu təşkilatları və dövlətləri ilə çoxşaxəli münasibətlərin qurulmasında Ulu Öndərin misilsiz xidmətləri olub”.

Daha sonra çıxış edən YAP Göygöl rayon təşkilatının üzvü Habil İsmayılov, Kərəmli kənd tam orta məktəb ilk partiya təşkilatının sədri Mətləb Hüseynov vurğulayıblar ki, bu gün Heydər Əliyevin ideyaları əsasında dinamik inkişaf edən, qüdrəti və beynəlxalq nüfuzu getdikcə artan Azərbaycan öz Ümummilli Liderinin anadan olmasının 98-ci ildönümünü möhtəşəm tarixi Qələbə fonunda qeyd edir və hər gün yeni zirvələr fəth edir. Qeyd edilib ki, qazanılan bütün nailiyyətlərin əsasında Ulu Öndər Heydər Əliyev tərəfindən müəyyənləşdirilən siyasi kursun Prezident İlham Əliyevin uğurla davam etdirməsi faktı dayanır.


Keçidlər