Şriftin ölçüsü :

Saytın rəngi :

Göygöl Rayon İcra Hakimiyyətinin könüllüləri ilə görüş keçirilib.

17 aprel 2021 | 16:00

Görüşdə Göygöl Rayon İcra Hakimiyyətinin başçısının müavini Kəmalə İbrahimova Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin göstəriş və tapşırıqlarına uyğun olaraq gənclər üçün geniş şəkildə proqramlar icra olunduğunu, gənclər siyasətinin uğurla davam etdiyini, Azərbaycan gənclərinin ölkə başçısının ətrafında sıx birləşdiyini və könüllülərimizin fəaliyyətinin çox önəmli olduğunu bildirərək qeyd edib ki, bütün dövlət strukturlarında könüllü gənclər fəaliyyət göstərirlər. "Dövlət Proqramı"nda dövlət orqanlarına gənclərin potensialından daha səmərəli istifadə etmək, cəmiyyətin bütün sahələrində gənclərin fəal iştirakına şərait yaratmaq, onlara peşə vərdişini aşılamaq, təcrübi biliklərini artırmaq,  yaradıcı və innovativ potensialının üzə çıxarılmasını dəstəkləmək və könüllülük hərəkatını inkişaf etdirmək nəzərdə tutulmuşdur. Bu yöndə işlər hal-hazırda Göygöl rayonunda da uğurla davam edir.
Tədbirdə çıxış edən könüllülər iki ay ərzində İcra Hakimiyyətində böyük təcrübə və səriştə qazandıqlarını, bu təcrübənin onların gələcək əmək fəaliyyətləri dövründə çox böyük əhəmiyyət daşıyacağına inandıqlarını qeyd etmişlər və onlar üçün yaradılan şəraitə görə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevə minnətdarlıqlarını bildiriblər.
Sonda Göygöl Rayon İcra Hakimiyyətində təcrübə keçmiş könüllü gənclərə xüsusi sertifikatlar təqdim olunub və xatirə şəkili çəkilib.

 

Keçidlər