IV Bakı Humanitar Forum iştirakçıları Göygöl rayonuna səfər etdilər
05 oktyabr 2014 | 15:00
IV Bakı Beynəlxalq Humanitar Forumda iştirak edən bir qrup nümayəndə heyəti Göygöl rayonuna səfər etdilər. Qonaqlar Göygöl rayon İcra Hakimiyyətinin Başçısı cənab Arif Seyidov tərəfindən səmimi qarşılandılar, onlara rayonunun tarixi və bu günü haqqında geniş və ətraflı məlumat verildi.
Ekskursiyanın proqramı çərçivəsində qonaqlar Göygöl rayonunun almanlar tərəfindən inşa edilmiş yaşayış evləri, parkları, hal-hazırda Tarix-diyarşünaslıq muzeyi kimi fəaliyyət göstərən “Lüteran” alman kilsəsi, yeni inşa edilmiş Göygöl Bayraq Meydanı və Göygöl şərab zavodu ilə tanış oldular. Qonaqlar bu səfərdən məmnun qaldıqlarını bildirərək, rayondan xoş təəssüratla ayrıldılar.