Şriftin ölçüsü :

Saytın rəngi :

Göygöl rayon Ağsaqqallar şurasının iclası keçirilib.

19 mart 2021 | 16:00

Göygöl rayon Mərkəzi kitabxana sisteminin oxu zalında  xüsusi karantin rejimi qaydalarına riayət olunmaqla Göygöl rayon Ağsaqqallar şurasının iclası keçirilib. İclasda Göygöl Rayon İcra Hakimiyyəti başçısının səlahiyyətlərini müvəqqəti icraçısı, başçının birinci müavini Turani Əliyev,  Respublika Ağsaqqallar Şurasının sədr müavini Bayram Yusifov, Respublika Ağsaqqallar Şurasının mətbuat katibi Rafiq Rzayev və rayon ağsaqqalları iştirak ediblər.
İclasda  Vətən müharibəsində  həlak olmuş şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
İclası giriş sözü ilə açan Göygöl Rayon İcra Hakimiyyəti başçısının səlahiyyətlərini müvəqqəti icraçısı, başçının birinci müavini Turani Əliyev qonaqları və ağsaqqalları salamlayaraq ölkə rəhbərinin ağsaqqallara göstərdiyi diqqət və qayğıdan geniş və ətraflı məlumat verib.
İclasda  Respublika Ağsaqqalar Şurasının sədr müavini Bayram Yusibov çıxış edərək ağsaqqalların ölkəmizin ictimai-mədəni həyatında rolundan, yaşlı nəslin nümayəndələrinə göstərilən dövlət qayğısından danışıb, gənclərin dövlətə, xalqa sədaqət ruhunda, zərərli təsirlərdən uzaq və sağlam əsaslar üzərində tərbiyəsi işində ağsaqqallara hər zaman böyük ehtiyac olduğunu diqqətə çatdırıb.
İclasda dörd məsələyə baxılıb: birinci məsələ üzrə Göygöl rayon Ağsaqqallar Şurasının yeni Əsasnaməsi açıq səsvermə yolu ilə qəbul edilib, ikinci məsələ üzrə  Göygöl rayon Ağsaqqallar Şurasının yeni sədri vəzifəsinə Dilənov Dilqəm Məhər oğlu seçilib, üçüncü məsələ üzrə 5 nəfərdə ibarət Göygöl rayon Ağsaqqallar Şurasının yeni İdarə Heyəti seçilib, dördüncü məsələ üzrə 3 nəfərdə ibarət Göygöl rayon Ağsaqqallar Şurasının yeni Təftiş Komissiyası seçilib.
Yeni seçilmiş Göygöl Rayon Ağsaqqallar Şurasının sədri Dilqəm Dilənov göstərilən etimada görə minnətdarlığını bildirərək, Şuranın uğurlu fəaliyyəti üçün əlindən gələni əsirgəməyəcəyini edib.

Keçidlər