Şriftin ölçüsü :

Saytın rəngi :

Vətən müharibəsi iştirakçıları Göygöl İcra Hakimiyyətində müvafiq işlə təmin olunublar.

01 mart 2021 | 16:00

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin “Yerli icra hakimiyyətləri haqqında Əsasnamə”nin təsdiq edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 2012-ci il 6 iyun tarixli 648 nömrəli Fərmanında dəyişiklik edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin 7 yanvar 2021-ci il tarixli Fərmanına əsasən Göygöl Rayon İcra Hakimiyyəti başçısının Aparatında yeni yaradılmış “Vətən müharibəsi iştirakçıları və şəhid ailələri ilə işin təşkili şöbəsi”nin böyük məsləhətçi vəzifəsinə təyinat olunub. Belə ki, Göygöl Rayon İcra Hakimiyyəti başçısının səlahiyyətlərinin müvəqqəti icraçısı,  başçının birinci müavini Turani Əliyevin müvafiq əmrinə əsasən, həmin vəzifəyə Vətən müharibəsinin iştirakçısı 1993-cü il təvəllüdlü Abbaszadə Sadiq Cavan oğlu təyin olunub. S.Abbaszadə Gəncə Dövlət Universitetini 2015-ci ildə bitirib, 2017-ci ildə A.Ələsgər adına Gəncə şəhər 36 №-li tam orta məktəbdə Coğrafiya müəllimi kimi əmək fəaliyyətinə başlayıb, 2016-ci il aprel döyüşlərində və II-ci Vətən müharibəsində iştirak edib və Kəlbəcərin azad olunması medalı ilə təltif olunub. Ailəlidir.
Yeni Azərbaycan Partiyasının üzvüdür.

Göygöl Rayon İcra Hakimiyyəti başçısının səlahiyyətlərinin müvəqqəti icraçısı,  başçının birinci müavini Turani Əliyevin digər əmri ilə Vətən müharibəsinin iştirakçısı 1988-ci il təvəllüdlü Hacıyev Yusif Faiq oğlu Göygöl Rayon İcra Hakimiyyəti başçısının Aparatında baş mütəxəsis vəzifəsinə təyin olunub. Yusif Hacıyev 2012-ci ildə Bakı Dövlət Universitetini bitirib, 2014 cü ildən Amrahbank ASC-də hüquqşünas kimi çalışıb. II-ci Vətən müharibəsində torpaqlarımızın işğaldan azad olunması uğrunda gedən döyüşlərdə iştirak edib. Ailəlidir, 1 övladı var.
Yeni Azərbaycan Partiyasının üzvüdür.
Göygöl Rayon İcra Hakimiyyətinin kollektivi adından Sadiq Abbaszadəni və Yusif Hacıyevi təbrik edir, yeni işlərində uğurlar arzulayırıq!

Keçidlər