Şriftin ölçüsü :

Saytın rəngi :

Göygöl rayonunda koronavirus (COVİD-19) pandemiyasına qarşı vaksinasiya davam etdirilir.

25 fevral 2021 | 16:00

Azərbaycan Respublikası Prezidentinin tapşırıq və tövsiyələrinə uyğun olaraq bütün ölkədə olduğu kimi Göygöl rayonunda da koronavirus (COVİD-19) pandemiyasına qarşı vaksinasiya işi uğurla davam edir. Hazırda 50 yaşdan yuxarı insanlar arasında koronavirus pandemiyasına qarşı vaksinləşmə həyata keçirilir.

Göygöl Mərkəzi Rayon Xəstəxanası Publik Hüquqi Şəxsdə əhalinin COVID-19-a qarşı vaksinasiya prosesinin aparılması üçün TƏBİB-in təlimatlarına uyğun zəruri şərait yaradılıb və könüllülük prinsipi əsasında əhali vaksinasiya olunur. Bu günədək 1641 nəfər, o cümlədən yaşı 65-dən yuxarı - 683 nəfər peyvənd olunub. Əhalinin peyvəndləşməsi işi davam etdirilir.

Keçidlər