Şriftin ölçüsü :

Saytın rəngi :

GÖYGÖL RİH-DƏ II-ci QARABAĞ MÜHARİBƏSİ İŞTİRAKÇISINA VƏZİFƏ VERİLDİ

15 fevral 2021 | 16:00

Göygöl Rayon İcra Hakimiyyəti başçısının Çaylı kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyinə yeni kadr təyinatı olub.
Belə ki, Göygöl Rayon İcra Hakimiyyəti başçısının səlahiyyətlərinin müvəqqəti icraçısı  Başçının birinci müavini Turani Əliyevin müvafiq əmrinə əsasən Əmirov Hüseyn Baloğlan oğlu Göygöl Rayon İcra Hakimiyyəti başçısının Çaylı kənd inzibati ərazi dairəsi üzrə nümayəndəsi vəzifəsinə təyin edilib.
1996-cı ildə Çaylı kəndində anadan olan H.Əmirov 2017-ci ildə Bakı Dövlət Universitetinin bakalavr pilləsini, 2019-cu ildə isə Bakı Avrasiya Universitetinin magistraturasını bitirmişdir.
Əmirov Hüseyn Baloğlan oğlu da II-ci Qarabağ müharibəsinin iştirakçısıdır
Göygöl Rayon İcra Hakimiyyətinin kollektivi adından Hüseyn Əmirovu təbrik edir, yeni işində uğurlar arzulayırıq!

Keçidlər