Şriftin ölçüsü :

Saytın rəngi :

Göygöl şəhəri 2021-ci ilin "Gənclər Paytaxtı" seçildi!

01 fevral 2021 | 16:00

"Gənclər Paytaxtı"nın seçimi regionlarda gənclərlə işin daha da canlandırılması və inkişafı məqsədilə həyata keçirilir.

Azərbaycanın Gənclər Paytaxtı 1 il müddətinə seçilir. Seçildiyi müddət ərzində həmin şəhər (rayon) gənclərin ictimai, siyasi, sosial, iqtisadi və mədəni həyatda fəal iştirakını təmin edir, onların intellektual və yaradıcılıq potensialını artırır.

Biz də əminik ki, bu bir il ərzində GİKM-in Göygöl nümayəndəliyinin gəncləri (Göygöl Gəncləri) bütün ölkə gənclərinin həyatında yadda qalan fəaliyyətlər həyata keçirərək tarixə adlarını yazdırmağı bacaracaqlar!

Bu münasibətilə Göygöl şəhər gənclərini bir daha təbrik edirik!

Keçidlər