Şriftin ölçüsü :

Saytın rəngi :

2014-2015-ci tədris ilində ali təhsil müəssisələrinə yüksək balla qəbul olmuş tələbələrlə Göygöl Rayon İcra Hakimiyyəti Başçısının görüşü keçirdi

28 avqust 2014 | 15:00

28 avqust 2014-cü il tarixdə Göygöl Rayon İcra Hakimiyyətində 2014-2015 – ci tədris ilində Göygöl rayonu üzrə ali  məktəblərə yüksək balla qəbul olmuş tələbələrlə Göygöl Rayon İcra Hakimiyyətinin Başçısı cənab Arif Seyidovun görüşü keçirildi. Görüşdə rayon Təhsil şöbəsinin işçiləri, məktəb rəhbərləri, tələbələr, valideynlər, rayon ağsaqqalları və KİV nümayəndələri iştirak etdilər.
Göygöl Rayon İcra Hakimiyyətinin Başçısı cənab Arif Seyidov tədbirdə çıxış edərək Göygöl rayonu üzrə ali təhsil müəssisələrinə yüksək balla qəbul olmuş tələbələri, onların valideynlərini və müəllimləri təbrik etdi,  onlara xoş arzularını çatdırdı və qeyd etdi ki, hər bir ölkənin gələcəyi təhsilin səviyyəsi ilə ölçülür. Təhsildəki nailiyyətlər hər bir ölkədə inkişaf konsepsiyasının mühüm tərkib hissəsidir. Ölkəmizdə son illər təhsilin inkişafı ilə bağlı ardıcıl tədbirlərin həyata keçirilməsi, müxtəlif proqramların icrası bu sahənin maddi-texniki bazasının müasirləşdirilməsinə geniş imkan açıb.
Respublikamızın bütün bölgələrində olduğu kimi, bizim Göygöl rayonunda da geniş miqyaslı tikinti, quruculuq və abadlıq işləri aparılır,  eyni zamanda Təhsil sahəsinin inkişaf etdirilməsinə xüsusi diqqət və qayğı göstərilir.
Son dövrlərdə   rayonumuzda 18 məktəb binası, 5 məktəbdə 26 əlavə sinif otağı, 1 uşaq bağçası tikilmiş, 19 məktəb binası və 4 uşaq bağçası  əsaslı təmir olunaraq istifadəyə verilmişdir. Hal-hazırda 3 məktəb və 2 yeni uşaq bağçası üçün binalar tikilir. Rayonun bütün ümumtəhsil məktəbləri müasir inventar və  avadanlıqlarla təmin olunmuşdur. Məktəblərin informasiya və kommunikasiya texnologiyaları  ilə  təmin etmək məqsədi ilə bütün məktəblərə kompüter dəstləri paylanmışdır. Bunun nəticəsidir ki, təhsilin səviyyəsi rayonumuzda artır, ali məktəbə qəbulun nəticəsi ilbəil yüksəlir.
Görüşdə iştirak edən təhsil işçiləri, tələbələr və valideynlər göstərilən diqqət və qayğıya görə ölkə rəhbərinə dərin minnətdarlıqlarını bildirdilər.
Görüşün sonunda Göygöl Rayon İcra Hakimiyyətinin Başçısı cənab Arif Seyidov tərəfindən tələbələrə hədiyyələr təqdim olundu.

Keçidlər