Şriftin ölçüsü :

Saytın rəngi :

Göygöldə "İlham Əliyev qətiyyəti- 8 noyabr Zəfər günü! Möhtəşəm parad!" mövzusunda elmi-praktiki videokonfrans keçirilib.

23 dekabr 2020 | 16:00

Dekabrın 23-də Göygöl Rayon İcra Hakimiyyətinin və Yeni Azərbaycan Partiyası (YAP) Göygöl rayon təşkilatının birgə təşkilatçılığı ilə "İlham Əliyev qətiyyəti- 8 noyabr Zəfər günü!Möhtəşəm parad!" mövzusunda elmi-praktiki konfransın keçirilib.
Konfransda Göygöl Rayon İcra Hakimiyyətinin başçısının səlahiyyətlərini müvəqqəti icraçısı -başçının birinci müavini, YAP Göygöl rayon təşkilatının sədri Turani Əliyev, Milli Məclisin deputatı Elşad Mirbəşiroğlu, Yeni Azərbaycan Partyası Göygöl rayon təşkilatının Şura üzvləri, ərazi ilk partiya təşkilatlarının  sədirləri, partiya veteranları və gənc fəallar iştirak ediblər.
Göygöl  Rayon İcra Hakimiyyətinin başçısının səlahiyyətlərini müvəqqəti icraçısı -başçının birinci müavini, YAP Göygöl rayon təşkilatının sədri Turani Əliyev  çıxış edərək Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin müvafiq göstərişi ilə 27 sentyabr tarixində düşmən təxribatına cavab olaraq keçirilən əks-hücum əməliyyatı ilə başladılan, tarixə qəhrəmanlıq salnaməsi kimi daxil olan, torpaqlarımızın azadlığı, ərazi bütövlüyümüzün bərpa edilməsi ilə nəticələnən Vətən müharibəsində qazanılan uğurlardan  danışdı.T.Əliyev qeyd edib ki, Müzəffər Ali Baş Komandan, Prezident İlham Əliyevin rəhbərliyi altında Azərbaycanın Ordusu Ermənistanın ardıcıl təxribatlarının və yeni işğal planlarının qarşısını almaq, işğal altında olan torpaqlarımızı azad etmək məqsədilə sentyabrın 27-dən etibarən zəfər yürüşünə başladı. 44 gün davam edən hərbi əməliyyatlar çərçivəsində Azərbaycan Ordusu Ermənistan silahlı qüvvələrini darmadağın etdi, torpaqlarımızı işğalçılardan təmizlədi. Ali Baş Komandan İlham Əliyev Vətən müharibəsində Böyük Qələbəni xalqımıza bəxş etməklə həm də həyatını Azərbaycana həsr edən, “Şuşasız Qarabağ, Qarabağsız Azərbaycan yoxdur” deyən Ulu Öndərin arzusunu reallaşdırdı.
Videokonfransda çıxış edən Milli Məclisin deputatı Elşad Mirbəşiroğlu vurğuladı  ki, Prezident İlham Əliyevin Azərbaycan Respublikasının müdafiə qüdrətinin artırılması istiqamətində ardıcıl olaraq həyata keçirdiyi davamlı və məqsədyönlü siyasət Dağlıq Qarabağda böyük Qələbəyə aparan yolun ən mühüm hadisələrindəndir.Ordu quruculuğu sahəsində həyata keçirilmiş böyük islahatlar: şəxsi heyət arasında azərbaycançılıq,hərbi-vətənpərvərlik tərbiyəsinin qüvvətləndirilməsi, ordumuzun ən müasir hərbi texnika ilə silahlandırılması,yüksək ixtisaslı,peşəkar zabit korpusunun formalaşdırılması Azərbaycana regionda ən güclü orduya sahib olmaq imkanı qazandırmışdır. Dövlət başçımızın fərmanı ilə Azərbaycan Respublikası Müdafiə Sənayesi Nazirliyinin yaradılması və bu qurumun normal iş fəaliyyətinin təşkil edilməsi də Böyük Zəfərin qazanılması yolunda atılmış əhəmiyyətli addımlardan biridir .
E.Mirbəşiroğlu bildirdi ki,Azərbaycan Respublikasının beynəlxalq nüfuzunun artırılması, planetimizdə etibarlı müttəfiqlərin və tərəfdarların qazanılması da Qələbəyə doğru gedən yolun əhəmiyyətli hadisəsidir. Azərbaycanın Birləşmiş Millətlər Təşkilatı Təhlükəsizlik Şurasının qeyri-daimi üzvü seçilməsi, Qoşulmama Hərəkatına, Avropa Birliyi Nazirlər Şurasına sədrlik etməsi, dünya ölkələri, xüsusən region dövlətləri ilə qurulmuş və inkişaf etdirilmiş əlaqələrə nail olması və sair kimi mühüm addımlar ölkəmizin beynəlxalq miqyasdakı mövqelərini daha da möhkəmləndirmişdir. Beynəlxalq təşkilatlar və region dövlətləri arasında ölkəmizin qazandığı böyük etimad gələcək Böyük Zəfərin əldə edilməsinin əsas faktorlarından biri olmuşdur.
Videokonfransda digər  çıxış edənlər YAP Göygöl rayon təşkilatı Qadınlar Şurasının sədri Nuranə Quliyeva,Nadil kənd tam orta məktəb ərazi ilk partiya təşkilatının sədri  Lilpar Verdiyeva və Xəqani kənd  Bələdiyyəsi ərazi ilk partiya təşkilatının sədri Adil Qarayev bildirdilər ki , Prezident İlham Əliyevin sərəncamı ilə təsis edilmiş 8 noyabr Zəfər Günü çoxəsrlik Azərbaycan tarixinə qızıl hərflərlə yazılmış parlaq hadisədir. Bu, Ali Baş Komandan İlham Əliyevin, xalqımızın və rəşadətli Ordumuzun qazandığı böyük tarixi Zəfərdir. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin qardaş Türkiyə Cümhuriyyətinin Prezidenti Rəcəb Tayyib Ərdoğanın iştirakı ilə qalib ölkə kimi birlikdə keçirdiyi Zəfər paradı qəhrəmanlıq salnaməmizin nadir tarixi hadisəsidir. Bu, "Bir millət - iki dövlət” strategiyasının real təntənəsidir. Böyük Zəfər Günü - gələcək daha böyük zəfərlərin bələdçisi və təminatçısıdır. Ali Baş Komandan İlham Əliyevin və qəhrəman Azərbaycan Ordusunun qazandığı Böyük Zəfər Günü ölkəmizə, regiona və dünyaya daha böyük zəfərlər vəd edir.

Keçidlər