Şriftin ölçüsü :

Saytın rəngi :

Ümummilli lider Heydər Əliyevin anadan olmasının 91-ci ildönümü Göygöl rayonunda təntənəli şəkildə qeyd edildi

11 may 2014 | 15:00

10 may 2014-cü il tarixdə Göygöl Rayon İcra Hakimiyyətinin İnzibati binasının qarşısında Ümummilli lider Heydər Əliyevin anadan olmasının 91-ci ildönümü münasibəti ilə Heydər Əliyevin heykəli önünə gül dəstələri qoyulduqdan sonra tədbir keçirildi. Tədbirdə Göygöl Rayon İcra Hakimiyyətinin başçısı cənab Arif Seyidov, rayonun hüquq-mühafizə orqanlarının, idarə, müəssisə və təşkilatların rəhbərləri, İcra Hakimiyyəti Başçısının  inzibati ərazi dairələri         üzrə nümayəndələri, bələdiyyələr,  ağsaqqallar, ictimaiyyət və kütləvi               informasiya vasitələrinin nümayəndələri iştirak edirdilər.
Tədbirdə Göygöl Rayon İcra Hakimiyyətinin başçısı cənab Arif Seyidov çıxış edərək qeyd etdi ki, bütün mənalı həyatını öz xalqına bəxş etmiş Heydər Əliyevin siyasi və dövlət xadimi kimi zəngin fəaliyyəti Azərbaycan xalqının tarixində, taleyində parlaq və dərin iz qoyaraq, əsl dövlət idarəçiliyi məktəbinə çevrilmişdir.
Bu gün Azərbaycan xalqı fəxr edir ki, dahi siyasətçi Heydər Əliyevin qurub yaratdığı dövlət müstəqilliyinin inkişafı üçün bütün qüvvə və bacarığını əsirgəməyən, ölkəmizin xoşbəxt gələcəyi naminə böyük, əzəmətli quruculuq işlərinə ustalıq və səriştə ilə rəhbərlik edən,   Heydər Əliyev siyasi kursunun layiqli davamçısı İlham Əliyev kimi Prezidentimiz var. Böyük iftixar hissi ilə deyə bilərik ki, Respublikamızın Dövlət Müstəqilliyi günü-gündən güclənir.       
Ulu öndər Heydər Əliyevin böyük ideyaları, amalları bu gün də bizim yolumuza nur saçır, xoşbəxt gələcəyə səsləyir.
Nə qədər ki, Azərbaycan var, Ümummilli lider Heydər Əliyev də bizimlə olacaqdır!
      Tədbirlərin davamı olaraq Heydər Əliyev adına parkda Azərbaycanın tanınmış müğənnilərinin iştirakı ilə bayram konserti təşkil olundu.

Keçidlər