Şriftin ölçüsü :

Saytın rəngi :

YAP Göygöl rayon təşkilatında Yeni Azərbaycan Partiyasının yaradılmasının 28-ci ildönümü münasibəti ilə videokonfrans keçirilib

21 noyabr 2020 | 16:00

20 Noyabr 2020-ci il tarixində Yeni Azərbaycan Partiyası Göygöl Rayon Təşkilatı tərəfindən Yeni Azərbaycan Partiyasının təsis edilməsinin 28-ci il dönümü munasibəti ilə YAP Göygöl rayon təşkilatının Şura üzvləri, partiya fəalları, qadınlar , ərazi ilk partiya təşkilatlarının sədrləri və  gənclərin   iştirakı ilə videokonfrans keçirilib.
YAP Göygöl rayon təşkilatının sədri Turani Əliyev əvvəlcə Yeni Azərbaycan Partiyasının  yaranmasının 28-ci il dönümü və Vətən müharibəsində qazanılan şanlı qələbə münasibətilə tədbir iştirakçılarını təbrik etmişdir.Rayon təşkilatının sədri çıxışında Ulu öndər Heydər Əliyevin Yeni Azərbaycan Partiyasının təsis edilməsi və respublikada güclü siyasi qüvvəyə çevrilməsi yolundakı əvəzedilməz fəaliyyətindən danışmışdır. Turani Əliyev qeyd etmişdir ki, Azərbaycan Respublikasının Prezidenti Ali Baş Komandan, Yeni Azərbaycan Partiyasının sədri İlham Əliyev bütün sahələrdə olduğu kimi partiya quruculuğu sahəsində də Heydər Əliyev siyasi kursunu uğurla davam etdirmişdir. Bunun nəticəsidir ki, hazırda Yeni Azərbaycan partiyası nəinki ölkəmizdə, hətta bütün regionda ən güclü və nüfuzlu siyasi qüvvəyə çevrilmişdir..
Videkonfransda YAP Göygöl rayon təşkilatının sədr müavini Vüqar İsayev,ərazi ilk partiya təşkilatının sədrləri Ofeliya Rəhimova,Anar Rzayev və gənclər təşkilatının üzvləri çıxış edərək Azərbaycan xalqının Müzəffər Ali Baş Komandan İlham Əliyevin ətrafında necə sıx birləşərək bütün dünyaya öz gücünü, mətinliyini, mübarizliyini nümayiş etdirməsindən danışdılar .Qeyd edildi ki, sentyabrın 27-dən başlanan, 44 gün davam edən və Dağlıq Qarabağ da daxil olmaqla işğal altındakı ərazilərimizin azad edilməsi ilə nəticələnən Vətən müharibəsi tariximizin ən parlaq səhifəsinə çevrildi. Ölkə Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı cənab İlham Əliyev istər hərb meydanında müzəffər sərkərdə, istərsə də diplomatik cəbhədə böyük strateq nümunəsi ortaya qoydu, öz xalqı ilə vəhdətdə olan LİDER kimi mübarizlik rəmzinə çevrildi.   Qələbəmiz tarixidir və bu qələbə gələcək inkişafımızda yeni bir mərhələnin başlanğıcına çevriləcək deyə qeyd edildi.

Keçidlər