Şriftin ölçüsü :

Saytın rəngi :

Göygöl rayon əhalisinin tibbi müayinəsi Şura iclasında müzakirə olundu

04 aprel 2014 | 15:00

Göygöl Rayon İcra Hakimiyyəti başçısı yanında keçirilən növbədənkənar Şura iclasında Möhtərəm Prezidentimiz cənab İlham Əliyevin tapşırığına əsasən əhalinin tibbi müayinədən keçirilməsinin gedişi və aksiyanın başa çatdırılması ilə bağlı görüləcək işlər müzakirə olundu.
Şura iclasını giriş sözü ilə açan Göygöl Rayon İcra Hakimiyyətinin başçısı cənab Arif Seyidov qeyd etdi ki, əhalinin sağlamlığını hər zaman diqqət mərkəzində saxlayan dövlət başçısının tapşırığına əsasən cari ilin fevral ayının 17-dən may ayının 1-dək bütün ölkə vətəndaşlarının icbari tibbi müayinədən keçirilməsi kompaniyası Göygöl rayonunda da mütəşəkkil təşkil olunub. Bununla əlaqədar İcra Hakimiyyətində aidiyyəti qurumların nümayəndələrindən ibarət müvafiq komissiya yaradılmış və xüsusi qrafik tərtib edilmişdir. Keçirilən aksiya ilə bağlı əhali arasında təşkilatı-izahat işləri aparılır və görülmüş işlər İcra Hakimiyyəti tərəfindən gündəlik nəzarətdə saxlanılır.
Şurada Göygöl Mərkəzi rayon xəstəxanasının Baş həkimi Hamlet Ömərov çıxış edərək məlumat verdi ki, tibbi müayinə Göygöl Mərkəzi rayon xəstəxanasında, 2 Kənd Sahə xəstəxanasında, 5 Kənd Həkim məntəqəsində və 1 Kənd Tibb məntəqəsində təşkil olunmuşdur. Tibbi müayinənin yüksək səviyyədə həyata keçirilməsi məqsədi ilə tibb müəssisələrində bütün lazımı şərait yaradılmış, səyyar həkim briqadaları təşkil olunmuşdur. Həmçinin Baş həkim çıxışında qeyd etdi ki, 2014-cü ilin fevral ayının 17-dən mart ayının 31-dək 45 Göygöl rayon yaşayış məntəqəsi üzrə 19566 nəfər tibbi müayinədən keçmiş, onlardan 4040 nəfəri ambulator, 70 nəfəri stasionar müalicəyə qəbul olunmuşlar, 18 nəfəri isə Bakı şəhərinə müalicəyə göndərilmişlər. 22 yaşayış məntəqəsində tibbi müayinə başa çatdırılmışdır.  Əhalinin səhhəti  naminə  bu  gün  görülən  işlər  gələcək  nəsillərin   sağlamlığına  göstərilən  qayğıdır. Azərbaycan  Respublikasının Prezidenti  cənab  İlham  Əliyevi  bu  sahədə daim dəstəkləyən tibb işçiləri  onu  həyata   keçirmək  üçün  bundan  sonra  da   əzmlə  çalışacaqlar.
Sonda bu mühüm tədbirin uğurla davam etdirilməsi və müvəffəqiyyətlə başa çatdırılması üçün bir sıra təşkilat və xidmət rəhbərlərinə tapşırıqlar verildi.

Keçidlər