Şriftin ölçüsü :

Saytın rəngi :

Göygöl rayonunda çağırışçıların hərbi xidmətə yola salınma mərasimi keçirildi

03 aprel 2014 | 15:00

Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Göygöl rayon şöbəsi tərəfindən Göygöl rayonu üzrə vətəndaşların Azərbaycan Respublikası Silahlı Qüvvələrinə və qanunvericiliklə nəzərdə tutulmuş digər silahlı birləşmələrinə həqiqi hərbi xidmətə  yola salınma mərasimi keçirildi.
İlk növbədə çağırışçılar Ümummilli lider Heydər Əliyevin heykəli önünə gül dəstələri qoyaraq, Göygöl rayon Heydər Əliyev Mərkəzinə ekskursiya etdilər. Sonra isə çağırışçılar tibbi müayinədən  keçirildilər.
Çağırışçıların hərbi xidmətə yola salınma mərasimində Göygöl Rayon İcra Hakimiyyətinin başçısı cənab Arif Seyidov, rayonun idarə, müəssisə və təşkilatlarının, hüquq-mühafizə orqanlarının rəhbərləri, valideynlər və mətbuat işçiləri iştirak etdilər.
Tədbirdə Göygöl Rayon İcra Hakimiyyətinin  başçısı cənab Arif Seyidov çıxış edərək çağırışçıları hərbi xidmətə çağırış münasibəti ilə təbrik etdi və bu şərəfli yolda onlara xoş arzularını çatdırdı. Eyni zamanda qeyd etdi ki, Vətənin gücü onun yenilməz ordusundadır. Azərbaycan ordusunun əsası Ümummilli lider Heydər Əliyev tərəfindən qoyulub və bu gün də onun layiqli davamçısı Azərbaycan Respublikasının Prezidenti Ali Baş Komandan cənab İlham Əliyev tərəfindən uğurla davam etdirilir. 
Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Göygöl rayon şöbəsi rəisi polkovnik-leytenant Mayıl Şahverdiyev çıxış edərək hərbi xidmətə yola düşən bütün çağırışçıları və onların valideynlərini təbrik edərək, çağırışçılara doğma vətənimizin müdafiəsi kimi bu şərəfli yolda uğurlar dilədi və  vətəndaşların həqiqi hərbi xidmətə yola salınması böyük ruh yüksəkliyi ilə həyata keçirildiyini qeyd etdi.
Tədbirdə çıxış edən digər natiqlər də çağırışçılara öz xoş arzularını çatdırdılar. Tədbir Göygöl rayon Mədəniyyət Mərkəzinin təşkil etdiyi konsert  proqramı ilə başa çatdı.

Keçidlər