Şriftin ölçüsü :

Saytın rəngi :

Göygöl rayonunda “31 mart Azərbaycanlıların soyqırımı günü” qeyd edildi

01 aprel 2014 | 15:00

Göygöl Rayon İcra Hakimiyyətində keçirilən tədbirdə “31 mart Azərbaycanlıların soyqırımı” qurbanlarının əziz xatirəsi bir dəqiqəlik sükutla yad edildi. 
Tədbirdə Göygöl Rayon İcra Hakimiyyətin başçısı cənab Arif Seyidov çıxış edərək qeyd etdi ki, tarixin müxtəlif dövrlərində bədnam erməni qonşularımız azərbaycanlılara qarşı  geniş miqyaslı genosid siyasəti yeritmişlər. Azərbaycan xalqına qarşı ermənilər tərəfindən aparılan soyqırımı siyasətinin iki əsrdən çox tarixi var.
Mənfur erməni ideoloqlarının irəli sürdüyü “Böyük Ermənistan” yaratmaq xülyası onların xarici dövlətlərlə “milli-mənəvi”, dini, siyasi, terrorçu təşkilatlar yaratmağa sövq etmişdir. XIX əsrdən başlayaraq  erməni terror təşkilatları havadarları ilə birgə azərbaycanlıları dəfələrlə qanlı təcavüzə, bir-birinin ardınca etnik təmizləmələrə məruz qoymuşlar. Azərbaycanlıların başına olmazın müsibətlər gətirilmiş, bəşəriyyət tarixində misli görünməmiş vəhşiliklər törədilmiş,  Qərbi Azərbaycandakı və Qarabağdakı doğma yurdlarından saysız-hesabsız ailələr didərgin salınmışdır.
Uzun illər xalqımız soyqırımı və deportasiyanı ictimai müzakirəyə çıxarmamış, əslində buna imkan da olmamışdır. Yalnız Ümummilli lider Heydər Əliyev yenidən hakimiyyətə qayıtdıqdan sonra azərbaycanlılara qarşı soyqırımı, deportasiya siyasətinin mahiyyəti açıqlanmış və bu hadisələrə siyasi qiymət verilmişdir. Ümummilli liderimiz Heydər Əliyev mart ayının 31-nin Azərbaycanlıların soyqırımı günü kimi qeyd olunması barədə 26 mart 1998-ci il tarixli Fərman imzalamışdır. Həmin ildən “31 Mart Azərbaycanlıların soyqırımı günü” kimi qeyd olunur.
Bu gün Möhtərəm Prezidentimiz cənab İlham Əliyevin həyata keçirdiyi diplomatik siyasəti – təcavüzkar Ermənistanı çıxılmaz vəziyyətdə qoymuşdur. Dövlətimizin başçısı Ermənistanın beynəlxalq səviyyədə ifşası, xalqımızın haqq səsini dünya ictimaiyyətinə çatdırmaq üçün bütün mötəbər tribunalardan istifadə edir. Görüşlərində, xarici ölkələrə səfərlərində, çıxışlarında Azərbaycan xalqına qarşı soyqırımı həyata keçirən erməniləri ifşa edir, bu cinayəti törədənləri və ona göz yumanları kəskin tənqid atəşinə tutur, dünya ictimaiyyətini erməni riyakarlığına son qoymağa çağırır.

Keçidlər