Şriftin ölçüsü :

Saytın rəngi :

Göygöl rayonunda Novruz bayramı münasibəti ilə ümumrayon şənliyi keçirildi

20 mart 2014 | 16:00

Göygöl rayonunda Azərbaycan xalqının milli bayramı –  “Novruz” bayramı münasibəti ilə ümumrayon şənliyi keçirildi. Şənlik Mərkəzi şəhər stadionunda təşkil edilmişdir. Rayon İcra Hakimiyyəti tərəfindən təşkil edilmiş şənlikdə Göygöl rayon İcra Hakimiyyətinin Başçısı cənab Arif Seyidov,  Milli Məclisin Deputatı cənab Rövşən Rzayev, “Almaniya-Azərbaycan Forumu”nun vasitəçiliyi ilə 7 nəfər alman jurnalistindən ibarət qrup,  hüquq mühafizə orqanlarının rəhbərləri, rayon ictimaiyyətinin nümayəndələri, rayonda fəaliyyət göstərən bütün müəssisələrin kollektivləri və kütləvi informasiya vasitələrinin nümayəndələri iştirak edirdilər.
Göygöl rayon İcra Hakimiyyətinin Başçısı cənab Arif Seyidov şənlik iştirakçılarını “Novruz” bayramı münasibəti ilə təbrik edərək, bu bayramın hər bir evə yenilik və ruzi-bərəkət gətirməsini arzu etdi və bayramın rəmzi olan “Novruz” tonqalını alovlandırdı. Sonra cənab Arif Seyidov qonaqlarla birgə hər bir kollektivə yaxınlaşaraq bayram münasibəti ilə təşkil olunmuş süfrələrlə tanış oldu və onlara bir daha öz xoş arzularını bildirdi. Eyni zamanda rayon idmançılarının nümunəvi çıxışlarına tamaşa etdi.
“Novruz” bayramının əsas personaları olan Kosa, Keçəl və Bahar Qızı atlıların müşayiəti ilə faytonda şəhərin küçələrini dövr edərək meydançaya daxil oldular və öz duzlu və məzəli çıxışları ilə şənliyə rəngarənglik qatdılar. Dəvət olunmuş kəndirbazlar isə xüsusi əyləncəli nömrələri ilə çıxış etdilər.
Şənlik rayon Mədəniyyət Mərkəzinin təşkil etdiyi rəngarəng konsert proqramı ilə davam etdirildi.

Keçidlər