Şriftin ölçüsü :

Saytın rəngi :

MN: Bir neçə kənd və yüksəkliklər işğaldan azad edilib - SİYAHI

27 sentyabr 2020 | 16:00

“Azərbaycan Ordusunun qoşun bölmələrinin həyata keçirdiyi əməliyyatlar nəticəsində işğal altındakı bir sıra kəndlər və əlverişli yüksəkliklər işğaldan azad olunub”.

Bu gün keçirilən brifinqdə Müdafiə Nazirliyinin mətbuat katibi Anar Eyvazov bildirib.

A. Eyvazov deyib ki, hazırkı məlumata görə, Füzuli-Cərbayıl istiqamətində Füzuli rayonunun Qaraxanbəyli, Qərvənd, Kənd Horadiz, Yuxarı Abdurrəhmanlı, Cəbrayıl rayonunun Böyük Mərcanlı və Nüzgar kəndləri azad edilib: “Bundan əlavə, Ağdərə rayonu istiqamətində və Murovdağ istiqamətində düşmən postları darmadağın edilib, hakim yüksəkliklər nəzarətə götürülüb”.

 

Keçidlər