Şriftin ölçüsü :

Saytın rəngi :

Göygöl rayonunda 2020-ci ilin səkkiz ayı ərzində məhsul toplanışı barədə məlumat

25 sentyabr 2020 | 16:00

Göygöl rayonunda 2020-ci ilin məhsulu üçün 5424,5 hektar sahədən, 13750,0 ton dənli bitkilər  toplanılmış, məhsuldarlıq hər hektardan 25,3 sentner təşkil etmişdir. Bu ilin məhsulu üçün 515,0 hektar sahədə tərəvəz, 505,5 hektar sahədə kartof, 503 hektar sahədə dən üçün günəbaxan, 108,5 sahədə şəkər çuğunduru əkin edilmişdir. 01.09.2020-ci il tarixə rayonda, 334,5  hektar sahədən 3193 ton kartof, 400,5 hektar sahədən 4593,2 ton tərəvəz, 503,0 hektar sahədən 715,0 ton dən üçün günəbaxan, 1751 ton meyvə və giləmeyvəlilər, 692 ton üzüm toplanılmışdır. Əvvəlki ilin müvafiq dövrünə nisbətən 358,0 ton və ya 8,5 faiz tərəvəz, 124,7 ton və ya 21,1 faiz dən üçün günəbaxan, 48,5 ton və ya 2,8 faiz meyvə və giləmeyvəlilər, 173,4 ton və ya 33,4 faiz üzüm çox  yığılmışdır. Şəkər çuğundurunun yığımı başlanılmamış, kartofun, tərəvəzin, meyvə və giləmeyvəlilərin və üzümün yığımı davam edir.

Keçidlər