Şriftin ölçüsü :

Saytın rəngi :

YAP Göygöl rayon təşkilatı Qadınlar Şurasının təşkilatçılığı ilə Heyvandarlıq Elmi Tədqiqat İnstitutu ərazi ilk partiya təşkilatında fəal qadınlarla görüş keçirilmişdir .

23 sentyabr 2020 | 16:00

Yeni Azərbaycan Partiyası (YAP) Göygöl rayon təşkilatı Qadınlar Şurasının Heyvandarlıq Elmi Tədqiqat İnstitutu ərazi ilk partiya təşkilatında Nazirlər Kabineti yanında Operativ Qərargahın tövsiyələrinə əməl edilməklə fəal qadınlarla  görüş keçirilmişdir . Görüşdə YAP Göygöl rayon təşkilatı Qadınlar Şurasının sədri Nuranə Quliyeva Azərbaycan qadınlarının cəmiyyətdə ki, rolundan danışdı. N. Quliyeva vurğuladı ki , müasir həyatımızda Azərbaycan qadınının fəallığı diqqət mərkəzindədir. Demək olar ki, respublikanın bütün sahələrində qadınlarımız təmsil olunurlar. Elə bir sahə yoxdur ki, orada Azərbaycan qadınının səsi eşidilməsin, onun fəaliyyəti şaxələnməsin. Azərbaycan qadını həm həkim, həm müəllim, həm memar, həm dövlət qulluqçusu, həm də ictimai-siyasi xadimdir. Bu və ya digər amilləri özündə cəmləşdirən qadınlarımızın nüfuzu günü-gündən artmaqdadır. Bu, çox gözəl bir göstəricidir. Ötən illərdə belə  hallara təsadüf edilmirdi. Bunun əsası Ulu Öndər Heydər Əliyev tərəfindən qoyulmuşdur. Dahi Öndər Heydər Əliyev tərəfindən Azərbaycan qadınına olan diqqət və qayğı hər kəsin gözü qarşısında baş vermişdir. Onun qadına verdiyi qiymət, qadınların qurultayındakı çıxışı və Azərbaycan qadını haqqında ifadə etdiyi səmimi tarixi  fikirlər, inanıram ki, heç bir qadının yaddaşından silinə bilməz.  Bu gün Prezidentimiz İlham  Əliyev, eləcə də, onun xanımı, Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban xanım Əliyevanın gördüyü işlər çox dəyərli və qiymətlidir. Onların Azərbaycan mədəniyyətinə, təhsilinə, səhiyyəsinə göstərdiyi qayğı və diqqəti bütün dünya görür və onu qiymətləndirir. Bu gün qadınlarımızın səsi dünyanın hər yerində eşidilir. Dünya dövlətlərinin yüksək  tribunalarındakı qadınlarımızın çıxışı və onların qaldırdığı məsələlər bu fikri təsdiqləyir ki, ümummilli liderin təməlini qoyduğu yol bu gün də  davam etdirilməkdədir.

Görüşdə  çıxış edən YAP üzvləri Şəlalə Əliyeva və Aytən Əliyeva qeyd etdilər ki , Azərbaycanın tarixində igid, cəsur, qeyrətli diplomat qadınlar çox olub. Amma indiyədək Azərbaycanı beynəlxalq aləmdə Mehriban xanım Əliyeva kimi təbliğ edən, tanıtdıran ikinci qadın olmayıb. Siyasəti mərhəmət, şəfqət amilləri ilə zənginləşdirən, XXI əsrin xoş məramlar elçisinə çevrilən, bütün dünyada bu məramın carçısı kimi tanınan Azərbaycan Respublikasının Birinci vitse-prezidenti, Heydər Əliyev Fondunun prezidenti Mehriban xanım Əliyeva bu işin öhdəsindən böyük məharətlə gəlib. Onun fəaliyyətinin kökündə mənsub olduğu xalqa sevgi dayanır. O, bütün qərarları ilə millidir: Vətəninin tərəqqisinə xidmət edir, ölkəsinin mədəniyyətinin, təhsilinin, səhiyyəsinin, idmanının inkişafına çalışır, sabahının qayğısına qalır. Görüşdə  iştirak edənlər Qadınlar Şurasının sədri Nuranə Quliyevanın  fikirləri ilə həmrəylik nümayiş etdirib, ölkə Prezidenti İlham Əliyevə və birinci vitse-prezident Mehriban xanım Əliyevaya sonsuz sevgi və ehtiramlarını ifadə ediblər.

 

 

Keçidlər