Göygöl Elektrik şəbəkədə payız-qış mövsümünə hazırlıq işləri davam etdrilir.
Payız-qış mövsümünə hazırlıqla əlaqədar olaraq 2020-ci ilin 8 ayında Göygöl EŞ-də aşağıda qeyd edilən təmir sazlama və quraşdırma işləri görülmüşdür. 8 ay ərzində 125 ədəd yeni sayğac quraşdırılmış və 283 ədəd sayğac isə müasir tipli sayğaclarla əvəz edilmişdir.
2020-ci ilin 8 ayı ərzində 0,4 kv-luq şəbəkələrin yenidən qurulması ilə əlaqədar olaraq Göygöl EŞ-nin xidmət ərazisində 105 ədəd 0,4 kv-luq dayaq basdırılmış və 3,5 km SİP kabel xətti çəkilmişdir.
6/10 kv-luq şəbəkələrdə isə 26 ədəd 10 kv-luq dayaq yenisi ilə əvəz edilmişdir..
2020-ci ilin 8 ayı ərzində Göygöl EŞ-də 9 ədəd tr-tor əsaslı təmir edilmişdir
1. 630 kva KTM 1 ədəd
2. 400 kva KTM 2 ədəd
3. 250 kva KTM 3 ədəd
4. 160 kva KTM 1 ədəd
5. 100 kva KTM 2 ədəd
Ümumiyyətlə 2020-ci ilin 8 ayı ərzində 56 ədəd müxtəlif gücdə transformator cari təmir edilərək 1500 kq yağ əlavə edilmişdir. Eyni zamanda 1,5 km uzunluğunda 10/0,4 kv-luq xətlərdə ağaclar budanmış və naqillər tarımlanmışdır.
35/10 kv-luq Qızılca yarım stantsiyası əsaslı təmir edilmiş və yarım stantsiyasının ətrafı daş hasarla hörülmüş, suvanmış və rənglənmişdir, yarım stantsiyasının daxili çınqılla örtülmüşdür. Yarım stantsiyada 2 ədəd giriş və çıxış darvazası, 1 ədəd kiçik olçülü qapı quraşdırılmış və 3 ədəd 10 kv-luq Danayeri , 10 kv-luq Haçaqaya, 10 kv-luq Çınqıl çıxış hava xətləri müasir tipli XLPE yeraltı kabel xəttləri ilə əvəz edilmişdir.
35/10 kv-luq Çaykənd yarım stantsiyada, 35/6 kv-luq PQ-50 yarım stantsiyada, 35/6 kv-luq Toğana yarım stantsiyada, 35/6 kv-luq Göygöl-1 yarım stantsiyada,35/6 kv-luq Hacıməlik yarım stantsiyada təmizlik işləri aparılmışdır.