Şriftin ölçüsü :

Saytın rəngi :

Bu gün Milli Musiqi Günüdür.

18 sentyabr 2020 | 16:00

18 sentyabr - Azərbaycanın dahi bəstəkarı Üzeyir Hacıbəylinin dünyaya göz açdığı gün ölkəmizdə Milli Musiqi Günü kimi qeyd olunur və bu münasibətlə Yeni Azərbaycan Partiyası Göygöl rayon təşkilatının və Gənclər Birliyinin təşəbbüsü və təşkilatçılığı ilə YAP Könüllülərinin Göygöl rayon Aşıq Şəmşir adına 7 illik Uşaq Musiqi məktəbinə ekskursiya etmişlər.
Ekskursiyanın məqsədi könüllüləri musiqi məktəbinin binası  və iş prinsi ilə tanış etməkdən ibarət olmuşdur.
Ekskursiya zamanı Göygöl rayon Aşıq Şəmşir adına 7 illik Uşaq Musiqi məktəbi ərazi ilk partiya təşkilatının sədri Nuranə Quliyeva könüllülərlə görüş keçirmiş və musiqi məktəbinin tarixi haqqında geniş məlumat vermişdir.
   İlk dəfə Göygöl (keçmiş Xanlar) rayonunda musiqi məktəbi 1936-cı ildə almanlar tərəfindən yaradılmışdır. 1941-ci ilin sentyabr-oktyabr aylarında Qafqazda yaşayan almanlar sürgün edilidikdən sonra məktəbin fəaliyyəti dəyandırlmışdır. Məktəbin fəaliyyəti 1954-cü ildə bərpa edilmişdir.  Ulu öndər Heydər Əliyevin 2003-cü ildə imzaladığı sərəncama əsasən, Aşıq Şəmşirin 110 iilik yubileyi dövlət səviyyəsində qeyd edilib, Göygöl rayonundakı 7 illik uşaq musiqi məktəbinə Aşıq Şəmşirin adı verilərək rayon ərazisində büstü ucaldılmışdır.

Keçidlər