Göygöl RİH-də yerli icra nümayəndələri ilə növbəti videgörüş keçirilib
Göygöl Rayon İcra Hakimiyyətində Göygöl RİH başçısının səlahiyyətlərinin müvəqqəti icraçısı, başçının birinci müavini Turani Əliyevin iştirakı ilə inzibati ərazi dairələri üzrə nümayəndələrlə növbəti videogörüş keçirib.
Videogörüş vasitəsilə 15 sentyabr yeni dərs ilinin başlanması ilə bağlı koronavirus (COVİD-19) pandemiyasının qarşısının alınması məqsədi ilə sanitar-gigiyenik işlərin davam etdirilməsi, mobil qrupların fəaliyyətinin gücləndirilməsi, müvafiq qaydalara uyğun olaraq uşaq bağçalarının fəaliyyətinə gündəlik nəzarət olunması, vətənpərvərliklə bağlı maarifləndirmə işlərinin aparılması, yerlərdə əmək intizamına riayət olunması və digər məsələlərlə bağlı tapşırıq və tövsiyələr verilib.