Göygöl Suvarma Sistemləri İdarəsi tərəfindən suvarmanı tələb olunan səviyyədə həyata keçirmək üçün nəzərdə tutulan tədbirlərin icrası davam etdirilir.
Göygöl Suvarma Sistemləri İdarəsinin balansında olan Xan arx kanalı Gəncə çayından qidalanır. Kanala su Gəncə çay Baş-hidroqurğusu vasitəsi ilə ötürülür. Kanalın uzunluğu 17.4 km-dir. Kanalın su buraxma qabiliyyəti 3 m/san-dır. Kanal 1757 ha əkin sahəsinin suvarılmasına xidmət edir.2020-ci il ərzində kanalın 1.2 km ( PK33+00 PK93+00 ) uzunluğundakı hissəsi əsaslı təmir olunaraq, dağılmış və təmirə ehtiyacı olan hissə nəfis şəkildə beton üzlüklə əvəz edilmişdir. Bununla bərabər kanalın üzərindəki hirotexniki qurğular və hidropostlar da əsaslı təmir olunmuşdur.
Nəticədə İdarənin ən böyük magıstral kanalı olan Xan arxı kanalında su itgisinin qarşısı əhəmiyyətli dərəcədə alınmış və əhalinin suvarma suyu ilə təminatında yaxşılığa doğru dönüş yaranmışdır.