Uşaq bağçaları 15 sentyabr tarixdə açılışa hazırlaşır
Azərbaycan Respublikası Nazirlər Kabinetinin "Xüsusi karantin rejimi dövründə Azərbaycan Respublikasında fəaliyyət göstərən təhsil müəssisələrində tədris və təlim-tərbiyə prosesinin təşkili barədə” 2020-ci il 29 avqust tarixli Qərarına əsasən 2020-ci il sentyabrın 15-dən respublika üzrə fəaliyyət göstərən məktəbəqədər təhsil müəssisələrinin - dövlət və özəl uşaq bağçalarının fəaliyyətinə icazə verilib.
Uşaq bağçalarının fəaliyyəti ancaq mövcud vəziyyət nəzərə alınmaqla, müvafiq sanitar-gigiyenik normalara əməl edilməklə mümkündür. Bununla əlaqədar Göygöl Rayon İcra Hakimiyyəti tərəfindən müvafiq hazırlıq tədbirləri həyata keçirilir.
Koronavirus (COVİD-19) infeksiyasınaın qarşısının alınması məqsədi ilə Göygöl rayonunda fəaliyyət göstərən körpələr evi-uşaq bağçalarının hamısında dezinfeksiya işləri aparılmış və qaydalara uyğun olaraq 15 sentyabr 2020-ci il tarixə açılış üçün hazır vəziyyətə çatdırılmışdır.