Şriftin ölçüsü :

Saytın rəngi :

YAP Gənclər Birliyinin təşkilatçılığı ilə “Qafqaz İslam Ordusu və Azərbaycanın xilası” mövzusunda videokonfrans keçirilib

15 sentyabr 2020 | 16:00

Sentyabrın 15-də Yeni Azərbaycan Partiyası Gənclər Birliyinin təşkilatçılığı ilə “Qafqaz İslam Ordusu və Azərbaycanın xilası” mövzusunda videokonfrans keçirilib.
Videokonfransda giriş sözü ilə çıxış edən YAP Gənclər Birliyinin sədr müavini, Milli Məclisin deputatı Ramin Məmmədov bildirib ki, 15 sentyabr 1918-ci ildə Bakının erməni işğalından azad edilməsi tarixi hadisədir. Onun sözlərinə  görə, Nuru Paşanın rəhbərlik etdiyi Qafqaz İslam Ordusu Bakının işğaldan azad olunmasında müstəsna rol oynayıb. O qeyd edib ki, gənclərimiz bu tariximizi dərindən öyrənməlidir.
Tədbirdə çıxış edən Bakı Dövlət Universitetinin professoru, tarix elmləri doktoru, Milli Məclisin deputatı Anar İsgəndərov bildirib ki, 1918-ci ilin mayında Azərbaycanın müstəqilliyinin elan olunmasına baxmayaraq, ölkə ərazisinin bir hissəsi, Bakı və ətraf rayonlar hələ də erməni-bolşevik işğalı altında idi. Belə bir şəraitdə özünün çox ağır durumuna rəğmən Osmanlı dövləti Azərbaycanın ərazi bütövlüyünü təmin etmək məqsədilə Nuru Paşanın komandanlığı ilə hərbi qüvvələrini bura göndərib:
“Qafqaz İslam Ordusu Gəncədən azadlıq yürüşünü başlamaqla, bolşevik-daşnak qüvvələrini darmadağın etməklə, nəhayət, 1918-ci il sentyabrın 15-də Bakı şəhərinə daxil oldu. Və 1918-ci ilin may soyqırımından sonra Bakını tərk edən və Bakıya həsrətlə baxan Bakı camaatı sentyabrın 15-də Qafqaz İslam Ordusu ilə şəhərə daxil oldu. Əslində, həm də sentyabrın 15-i Azərbaycanın tarixində bir də ona görə əlamətdardır ki, Bakı bütün tarixi boyu ilk dəfə olaraq Azərbaycanın millət vəkili qeyd edib ki, Qafqaz İslam Ordusunun tərkibində olan bütün əsgərlər Qafqaz İslam Ordusunun əsgərləri deyildi. Osmanlı və təbii ki, Azərbaycanın ayrı-ayrı bölgələrindən də kifayət qədər azərbaycanlı onlara qoşuldu. Təbii ki, Qafqaz İslam Ordusu bu azadlıq yürüşünə başlayarkən, azərbaycanlı əhali də ərzaqdan tutmuş silaha qədər kömək edirdi. Çoxları da öz cavan övladlarını Qafqaz İslam Ordusunun tərkibinə vuruşmağa göndərirdi. Ona görə təbii ki, bir tərəfdən dinc əhali, bir tərəfdən Qafqaz İslam Ordusu mənfur düşməni Azərbaycan torpağından çıxarmaq üçün əlindən gələni etdi.
Tarixçi alim deyib ki, Bakı işğaldan azad edilməsəydi, bu şəhərin indi Azərbaycanın paytaxtı olması sual altında qalardı. Çünki bolşeviklər Bakını Azərbaycandan ayıraraq, onu muxtar şəhərə çevirmək istəyirdilər. Bir sözlə, Bakının xilası, onun milli şəhər simasının bərpa edilməsi, Azərbaycan adlı dövlətin əbədi varlığına hesablanmış tarixi zəfərdir!
Videokonfransda çıxış edən AMEA-nın Tarix İnstitutunun direktor müavini Cəbi Bəhramov isə bildirib ki, həmin dövrdə Bakı Xalq Komissarları Sovetinin həyata keçirdiyi antiazərbaycan siyasəti bolşeviklərin tamamilə nüfuzdan düşməsinə və 1918-ci il iyulun 31-də onların istefasına gətirib çıxartdı. Bundan istifadə edən eser-menşeviklər və daşnaklar avqustun 1-də Bakıda oyuncaq Sentrokaspi Diktaturası adlanan idarəetmə orqanı yaratdılar. Bu orqan da ilk gündən bolşeviklərə divan tutmaq və Cənubi Azərbaycanda olan ingilis qoşununu Bakıya dəvət etmək mövqeyi tutdu. Avqustun 4-də 300 zabit və əsgərdən ibarət ilk ingilis dəstəsi Bakıya gəldi.
Onun sözlərinə görə, Bakı şəhərinin işğaldan azad edilməsi üçün ilk cəhd 1918-ci il avqustun 5-də göstərildi. Qafqaz İslam Ordusu sentyabrın 13-dən 14-nə keçən gecə Bakı üzərinə başlanan növbəti hücumla qarşıya qoyulan vəzifələri uğurla yerinə yetirdi. Elə həmin günün axşamı Denstervilin qoşunu gəmilərlə Bakını tərk edərək Ənzəliyə qayıtdı. Sentyabrın 15-də isə döyüşlər o qədər də uzun sürmədi. Həmin gün Sentrokaspi Diktaturası məğlub oldu. Bakının azad olunması üçün türk-Azərbaycan qüvvələrinin apardıqları iki günlük əməliyyat parlaq qələbə ilə başa çatdırıldı. Sentyabrın 16-da parlaq qələbə münasibətilə türk-Azərbaycan hərbi hissələrinin paradı keçirildi. Paradda Nuru paşa, Xəlil paşa, general Əlağa Şıxlinski, polkovnik Həbib bəy Səlimov, Azərbaycan parlamentinin, hökumətinin üzvləri və Bakı və ətraf kəndlərin sakinləri iştirak edirdilər. Paraddan sonra adları çəkilən şəxslər və hökumət rəsmiləri qoşun bölmələrinin müşayiəti ilə Bakıya daxil oldular. Möhtəşəm və tarixi qələbədən sonra Azərbaycan Xalq Cümhuriyyəti hökumətinin paytaxtı sentyabrın 17-də Gəncədən Bakıya köçürüldü. Beləliklə, Azərbaycanda dövlət quruculuğunun əsas mərhələsinə start verildi.
C.Bəhramov qeyd edib ki, 1918-ci il sentyabrın 15-də Bakının işğaldan azad edilməsi Azərbaycan-Türkiyə dostluğu və qardaşlığı tarixinə yazılan şanlı səhifələrdəndir.
Tədbirdə daha sonra tarixçi alimlər gənclərin suallarını cavablandırıblar.
Anar İsgəndərov: Bakının xilası, onun milli şəhər simasının bərpa edilməsi, Azərbaycan adlı dövlətin əbədi varlığına hesablanmış tarixi zəfərdir
“1918-ci ilin mayında Azərbaycanın müstəqilliyinin elan olunmasına baxmayaraq, ölkə ərazisinin bir hissəsi, Bakı və ətraf rayonlar hələ də erməni-bolşevik işğalı altında idi. Belə bir şəraitdə özünün çox ağır durumuna rəğmən Osmanlı dövləti Azərbaycanın ərazi bütövlüyünü təmin etmək məqsədilə Nuru Paşanın komandanlığı ilə hərbi qüvvələrini respublikamıza göndərib”. Bu fikirləri Milli Məclisin deputatı, tarix elmləri doktoru Anar İsgəndərov deyib.
Anar İsgəndərov bildirib ki, Qafqaz İslam Ordusu Gəncədən azadlıq yürüşünü başlamaqla, bolşevik-daşnak qüvvələrini darmadağın etməklə, nəhayət, 1918-ci il sentyabrın 15-də Bakı şəhərinə daxil oldu. Və 1918-ci ilin may soyqırımından sonra Bakını tərk edən və Bakıya həsrətlə baxan Bakı camaatı sentyabrın 15-də Qafqaz İslam Ordusu ilə şəhərə daxil oldu. Əslində, həm də sentyabrın 15-i Azərbaycanın tarixində bir də ona görə əlamətdardır ki, Bakı bütün tarixi boyu ilk dəfə olaraq Azərbaycanın millət vəkili qeyd edib ki, Qafqaz İslam Ordusunun tərkibində olan bütün əsgərlər Qafqaz İslam Ordusunun əsgərləri deyildi. Osmanlı və təbii ki, Azərbaycanın ayrı-ayrı bölgələrindən də kifayət qədər azərbaycanlı onlara qoşuldu. Təbii ki, Qafqaz İslam Ordusu bu azadlıq yürüşünə başlayarkən, azərbaycanlı əhali də ərzaqdan tutmuş silaha qədər kömək edirdi. Çoxları da öz cavan övladlarını Qafqaz İslam Ordusunun tərkibinə vuruşmağa göndərirdi. Ona görə təbii ki, bir tərəfdən dinc əhali, bir tərəfdən Qafqaz İslam Ordusu mənfur düşməni Azərbaycan torpağından çıxarmaq üçün əlindən gələni etdi.
Tarixçi alim deyib ki, Bakı işğaldan azad edilməsəydi, bu şəhərin indi Azərbaycanın paytaxtı olması sual altında qalardı. Çünki bolşeviklər Bakını Azərbaycandan ayıraraq, onu muxtar şəhərə çevirmək istəyirdilər. Bir sözlə, Bakının xilası, onun milli şəhər simasının bərpa edilməsi, Azərbaycan adlı dövlətin əbədi varlığına hesablanmış tarixi zəfərdir!

Keçidlər