Yeni dərs ilinin başlaması münasibəti ilə Yeni Azərbaycan Partiyası Göygöl rayon təşkilatının və Gənclər Birliyinin təşəbbüsü və təşkilatçılığı ilə YAP Könüllülərinin Göygöl rayon mərkəzi kitabxanasına ekskursiyası baş tutmuşdur .
11 sentyabr 2020 | 16:00
Ekskursiyanın məqsədi könüllüləri kitabxana qaydaları ilə tanış etmək, mütaliə vərdişlərinin təkmilləşdirilməsi və kitaba maraq oyatmaqdır . Könüllülər Mərkəzi Kitabxananın binası ilə tanış olmuş, iş prosesini izləmişlər və kitabxananın geydiyyatına düşdülər. Kitabxananın sərgi zalında yer almış Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin və Qarabağ sərgisinə daha cox maraq göstərildi və könüllülərə maraqlı olan suallara cavab verildi.
Heydər Əliyev- kitabxana xalq, millət üçün, cəmiyyət üçün müqəddəs bir yer, mənəviyyat, bilik, zəka mənbəyidir. Ona görə də kitabxanaya daimi hörmət xalqımızın mədəniyyətini nümayiş etdirən amillərdən biridir.