Şriftin ölçüsü :

Saytın rəngi :

Özünüməşğulluq proqramı haqqında məlumat

03 sentyabr 2020 | 16:00

Azərbaycan Respublikasının sosial siyasət konsepsiyasının əsas istiqamətlərindən biri  yeni iş yerlərinin açılması, əhalinin məşğulluğunun təmin olunması, məşğulluğun coğrafiyasının genişləndirilməsi,  vətəndaşların ünvanlı sosial yardımdan asılılığının aradan qaldırılmasından ibarətdir. Bu istiqamətdə bir çox addımlar atılır. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev tərəfindən 07.04.2016-cı il tarixində “Özünüməşğulluq” proqramı ilə bağlı imzaladığı Sərəncam çox böyük əhəmiyyət kəsb edir. Sözügedən Sərəncam dövlət məşğulluq siyasətində keyfiyyətcə yeni bir mərhələ açmaqla, özünüməşğulluq fəaliyyəti ilə işsiz və işaxtaran şəxslərin ailə bizneslərini qurmalarına, əmək potensiallarının reallaşdırılması yolu ilə gəlirlərini artırmalarına, həmçinin kiçik və orta sahibkarlığın inkişafına xidmət edir.
Özünüməşğuluq proqramına qoşulmaq üçün vətəndaşlar Ərazi Məşğulluq Mərkəzi filialına müraciət edərək, işsiz kimi qeydiyyata düşüb, müvafiq sənədləri təqdim etməlidir. Seçim mərhələsində ünvanlı dövlət sosial yardımı alanlar, əlillər, bir ildən artıq mərkəzdə işsiz kimi qeydiyyatda olanlar, pensiya yaşına iki ildən az qalmış şəxslər, cəzaçəkmə müəssisəsindən azad olmuş şəxslər üstünlük hüququna malikdirlər.  Özünüməşğulluq proqramı bir çox sahələri əhatə edir lakin vətəndaşlarda ən çox maraq yaradan Kənd təsərrüfatının inkişaf etdirilməsi, Kişi bərbərxanası, Qadın gözəllik salonu, Avtoçilingər, Foto xidməti, Ayaqqabı təmiri və istehsalı və digər sahələridir.
Özünüməşğulluq proqramının icrası Göygöl rayonunda da sürətlə həyata keçirilir. Artıq qısa müddət ərzində işsiz və işaxtaran şəxslərdən 140 nəfər özünüməşğulluq proqramına cəlb olunmuş, onlardan 100 nəfər müxtəlif biznes sahələri üzrə aktivlərlə təmin edilərək öz bizneslərini qurmuşlar. Ölkə başçısının tapşırığına əsasən cari ildə 12000 işsiz və işaxtaran şəxslərin öz biznesini qurmaq üçün aktivlərlə təmin olunması nəzərdə tutulur.

Keçidlər