COVID-19 pandemiyası ilə mübarizə məqsədilə maarifləndirmə işləri davam etdirilir.
01 sentyabr 2020 | 16:00
YAP Göygöl rayon Gənclər Birliyinin, əməkdaşlarının və idarədə fəaliyyət göstərən könüllü gənclərin iştirakı ilə rayon ərazisində COVID-19 pandemiyası ilə mübarizə məqsədilə maarifləndirmə işləri davam etdirilir.
Maarifləndirmə tədbirlərinin gedişində kampaniyaya qoşulan könüllülər rayon ərazisində olan obyektlərdə koronavirusa qarşı mübarizədən irəli gələn tələb və tövsiyələri bir daha sakinlərin diqqətinə çatdırırlar.
Onlar əhalinin sağlamlığının qorunması baxımından tibbi maskalardan istifadə etməyin və sosial məsafənin qorunmasının zəruriliyini xatırladır və qaydalara əməl etməyə çağırırlar.