Şriftin ölçüsü :

Saytın rəngi :

Göygöl rayonunda reydlər davam etdirilir.

21 avqust 2020 | 16:00

Göygöl rayonunda İcra Hakimiyyəti yanında koronavirus infeksiyasına (COVİD-19) qarşı mübarizə tədbirləri çərçivəsində yaradılmış mobil qruplar ölkədə tətbiq edilən xüsusi karantin rejiminin tətbiqi ilə bağlı rayon ərazisində sakinlərin sıx toplaşdığı məkanlar, ictimai iaşə, ticarət və digər sosial obyektlərdə müəyyən edilmiş qaydalara əməl olunması vəziyyətini öyrənmək, eyni zamanda ictimai maarifləndirmə və  profilaktiki tədbirlərin görülməsi  məqsədilə reydlər həyata keçirir.
Mobil qrupların üzvləri tərəfindən 18-20 avqust 2020-ci il tarixlərində müxtəlif istiqamətlərlə bağlı 95 reyd keçirilmişdir. Karantin rejiminin tələblərinin pozulmasına görə 12 sahibkara cərimə tətbiq olunmuş, müxtəlif  qanunsuz  tədbirləri təşkil edənlər,  o cümlədən  vətəndaşlar da daxil olmaqla, 83 xəbərdarlıq edilmişdir. Tətbiq edilən cərimə məbləği 2400 manat təşkil etmişdir.
Mobil qruplar tərəfindən tədbirlər davam etdirilir

Keçidlər